Tramp nüvə silahı partlada bilər

Tramp nüvə silahı partlada bilər
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp "CBC" telekanalına müsahibəsində ABŞ-nin sınaqlar çərçivəsində nüvə silahını partlatmaq niyyətində olub-olmadığını dəqiqləşdirməkdən imtina edib.


Sfera.az bildirir ki, jurnalist Nora O'Donnell Trampa "30 ildən çox müddət sonra ABŞ nüvə silahlarını sınaq üçün partlatmağa başlayacaq" sözlərini xatırladıb.

 

"Mən deyirəm ki, biz də başqa ölkələr kimi nüvə silahlarını sınaqdan keçirəcəyik",- deyə Tramp jurnalistin sözünü kəsərək hansı sınaqlardan bəhs etdiyini dəqiqləşdirməyib.

 

Tramp sadəcə qeyd edib ki, Birləşmiş Ştatlar “sınaq etməyən yeganə ölkə” olmaq istəmir.

 

Bu arada, 2025-ci il oktyabrın 30-da Tramp Pentaqona “dərhal nüvə silahı sınaqlarına başlamaq” əmrini verib. Demokratlar buna qarşı çıxıblar və qərarın qarşısını almaq üçün qanunlar təqdim ediblər.

 

Amerika KİV-ləri iddia edir ki, sınaqların bərpası baha başa gələcək və çətin olacaq, çünki Nevadadakı nüvə poliqonunun əsaslı təmirə ehtiyacı var.

 

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR