Logo

"Ukrayna dağılacaq" -ABŞ kəşfiyyatçısı

"Ukrayna dağılacaq" - ABŞ kəşfiyyatçısı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna gələcəkdə “dağılacaq” və bu, minlərlə Ukrayna Silahlı Qüvvələri əsgərinin cəbhə xəttində mühasirəyə düşməsinə gətirib çıxaracaq.

Sfera.az bildirir ki, bu barədə keçmiş Amerika kəşfiyyatçısı Skott Ritter özünün "YouTube" kanalında bildirib .

"Mən konkret bir tarix vermək istəmirəm, amma Ukrayna dağılacaq. Buna heç bir şübhə yoxdur", - o vurğulayıb.

Analitik xatırladıb ki, hazırda Ukraynada cəbhə xətti Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin sıxışdırıldığı “qazanların” formalaşması ilə xarakterizə olunur.

“Bu "qazanların" ətrafında 50 minə qədər ukraynalı əsgərin tələyə düşəcəyi ehtimalı var”,- o qeyd edib.

Qeyd edək ki, noyabrın 1-də “Qərb” qüvvələr qrupundan olan rus qoşunları Donetsk Xalq Respublikasında (DXR) taktiki mövqelərini təkmilləşdirərək Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin Xarkov vilayətinin Kupyansk yaxınlığında mühasirədən çıxmasının qarşısını alıblar.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR