Polis və narkotik tacirləri arasında qanlı toqquşmada 132 nəfər öldürüldü

Polis və narkotik tacirləri arasında qanlı toqquşmada 132 nəfər öldürüldü
Kateqoriya məlum deyil
T

Ötən gün Braziliyanın Rio-de-Janeyro şəhərində tarixin ən qanlı polis basqınlarından biri baş verib. 

 

Narkotik kartelini hədəf alan polis əməliyyatı zamanı toqquşma yaşanıb. 

 

Sfera.az bildirir ki, Braziliyanın Favelas məhəlləsinin yerləşdiyi Alemao məhəlləsində baş verən toqquşma “Favela basqını” adlandırılıb.

 

Qırmızı Komando (Comando Vermelho) cinayətkar təşkilatı ilə polis arasında baş verən toqquşmalarda 132 nəfərin öldüyü açıqlanıb.

 

Məlumata görə, polis qrupları Rio-de-Janeyrodakı Alemao məhəlləsinə daxil olaraq pilotsuz uçuş aparatları (PUA) və partlayıcı maddələrlə atış açıb. Saatlarla davam edən qarşıdurmada 132 nəfər həlak olub.

 

Toqquşmalar bitdikdən sonra sakinlər məhəlləyə səpələnmiş cəsədləri toplayıb küçəyə çıxarıblar.

 

 

Qeyd edək ki, Braziliya narkotik kartelləri ilə polis arasında əvvəlki qarşıdurmalarda onlarla insan həlak olub, lakin bu, ilk dəfə bu qədər çox sayda ölüm hadisəsidir.

 

"Dəstə üzvləri edam edilib"

 

Polis əməliyyatına reaksiya verən braziliyalı insan haqları fəalı Raull Santiaqo səhər saatlatında təxminən 15 cəsəd aşkar edildiyini bildirib. Jurnalistlərə açıqlamasında

 

Santiaqo: “Biz insanların edam edildiyini gördük: arxadan vurulan, başından vurulqn, bıçaqlanan. Cəsədlər bir-birinə bağlanmışdı. Bu vəhşiliyi qırğından başqa adla təsvir etmək mümkün deyil" - deyə bildirib. 

 

 

Braziliya hakimiyyəti əməliyyatda 81 şübhəlinin saxlanıldığını elan edib. 90-dan çox avtomatik silah və 200 kiloqramdan çox narkotik maddə də müsadirə edilib. 

 

Onu da qeyd edək ki, ölkənin ən böyük cinayətkar təşkilatlarından biri olan “Qırmızı Komando” əsas gəlirini narkotik qaçaqmalçılığından əldə edir.

 

İki helikopter və onlarla zirehli texnikadan istifadə edilən əməliyyatda ən azı 2500 polis əməkdaşı iştirak edib. Şübhəlilər həmçinin barrikadalar və nəqliyyat vasitələrini yandırıb, dronlardan partlayıcı maddələr atıblar. Bəzi sakinlər atəş altında qalıblar.

 

Vətəndaş müharibəsinə bənzər şərait şəhər həyatına da təsir edib. Döyüşlər səbəbindən 100-dən çox avtobus xətti marşrutunu dəyişmək məcburiyyətində qalıb. Bir çox universitet və məktəb dərsləri ləğv edib. Təsirə məruz qalan məhəllələrdə 280.000-dən çox insan yaşayır.

 

Aysel

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR