Logo

Putin azərbaycanlı səfirə rütbə verdi - FOTO

Putin azərbaycanlı səfirə rütbə verdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya prezidenti Vladimir Putin ölkənin Mavrikidəki səfiri İrada Zeynalovaya diplomatik xidmətin fövqəladə və səlahiyyətli səfir rütbəsini verib.

Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı sərəncam rəsmi hüquqi aktların dərc olunduğu portalda yerləşdirilib.

Putin Zeynalovanı 2024-cü il sentyabrın 13-də Rusiyanın Mavrikidəki səfiri vəzifəsinə təyin etmişdi. Bundan sonra o, jurnalist fəaliyyətini başa vurduğunu açıqlamışdı.

İrada Zeynalova 1997-ci ildə televiziya sahəsində fəaliyyətə başlayıb və "Rusiya" telekanalında yayımlanan "Vesti nedeli" proqramı üçün reportajlar hazırlayıb. 2003-cü ildə o, "Birinci kanal"a keçib.

2012-ci ildən 2016-cı ilin iyul ayınadək Zeynalova "Birinci kanal"da yayımlanan "Voskresnoye vremya" adlı yekun xəbərlər proqramının aparıcısı olub. 2016-cı ilin payızında o, NTV telekanalına keçib və burada da analoji yekun xəbərlər buraxılışını aparıb.

İrada Zeynalovanın atası Aftandil Zeynalov azərbaycanlı, anası Qalina Alekseyevna rusdur.

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR