Rusiya Baş nazirinin birinci müavini Çinə getdi

Kateqoriya məlum deyil
T
Rusiya Baş nazirinin birinci müavini Denis Manturov şənbə günü səhər Çinin paytaxtı Pekinə gedib.
Sfera.az xəbər verir ki, bu barədə onun katibliyi məlumat yayıb. Səfər çərçivəsində Manturov Çin parlamentinin Böyük Yığıncaq Salonunda Rusiya-Çin investisiya əməkdaşlığı komissiyasının 12-ci iclasında iştirak edəcək. Görüş zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Niyaz Hacıyev
Sfera.az






