Venesuela ABŞ-yə görə yardım istədi

Venesuela ABŞ-yə görə yardım istədi
Kateqoriya məlum deyil
T

Venesuela ABŞ-nin hərbi təzyiqləri fonunda Rusiyadan, Çindən və İrandan yardım istəyib.

 

Sfera.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

 

Qəzet yazır ki, Venesuela prezidenti Nikolas Maduro konkret tələbləri əks etdirən məktubu Rusiya prezidenti Vladimir Putinə göndərib.

 

Bildirilir ki, Venesuela nəqliyyat naziri Ramon Velaskez oktyabrın əvvəlində Moskvaya səfəri zamanı bu sənədi Rusiya rəhbərliyinə təqdim edib. Maduro Rusiyadan ölkəsinin hava hücumundan müdafiə sistemlərini gücləndirməyi, Moskvadan alınmış aviasiya texnikasını təmir etməyi və raket silahları əldə etməyi xahiş edib.

 

Qəzet həmçinin qeyd edir ki, Velaskez Rusiya baş nazirinin birinci müavini Denis Manturova da oxşar məktub çatdırmalı idi.

 

Məlumata görə, Venesuela Çindən “genişləndirilmiş hərbi əməkdaşlıq” istəyib. Bu çərçivədə, müəyyən radiolokasiya izləmə sistemlərinin istehsalının sürətləndirilməsi xahiş olunub. Velaskez son aylarda İrandan Venesuelaya pilotsuz uçuş aparatları (PUA) da daxil olmaqla hərbi texnika tədarükünü əlaqələndirib.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR