Bir tərəfi çəhrayı, bir tərəfi rəngsiz: Dünyanın ən nadir almazı tapıldı<

Bir tərəfi çəhrayı, bir tərəfi rəngsiz: Dünyanın ən nadir almazı tapıldı<
Kateqoriya məlum deyil
T

Botsvanadakı Karowe Mədənində kəşf edilən nəhəng 37.41 karatlıq almaz zərgərlik dünyasında sensasiya yaradıb.

 

Sfera.az bildirir ki, bir tərəfi çəhrayı, digər tərəfi isə tamamilə rəngsiz olan daş indiyə qədər tapılan ən nadir almazlardan biri hesab olunur. Mütəxəssislər unikal rəng dəyişikliyi ilə diqqət çəkən bu almazın milyonlarla dollar dəyərində ola biləcəyini bildirirlər.

 

Təxminən 2.5 santimetr uzunluğunda olan daş bir tərəfi solğun çəhrayı, digər tərəfi isə tamamilə rəngsiz olması ilə diqqəti cəlb edir.

 

Mütəxəssislərin fikrincə, bu kəskin rəng keçidi almazın milyonlarla il davam edən geoloji proseslər ərzində keçirdiyi nadir deformasiyaların nəticəsidir.

 

Bu xüsusiyyət indiyə qədər kəşf edilmiş ən qeyri-adi nümunələrdən biri kimi təsvir olunur.

 

Kəsmə və analiz prosesinə rəhbərlik edən HB Antverpenin həmtəsisçisi Oded Mansori daşın unikallığını vurğulayaraq:

 

 "Bu, indiyə qədər cilalanmış ən vacib çəhrayı almazlardan biri ola bilər" - deyə bildirib. 

 

Almazın dəyəri hələ açıqlanmayıb, lakin mütəxəssislər hərraca çıxarılarsa, tarixin ən yüksək qiymətlərindən birinə çata biləcəyini proqnozlaşdırırlar. Hazırda Belçikanın Antverpen şəhərində araşdırılan daş zərgərlik tarixində yeni bir mərhələ hesab olunur.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR