Rusiyada hərbi helikopter qəzaya uğradı, üç nəfər öldü

Kateqoriya məlum deyil
T
Rusiyanın Voronej vilayətində Mi-8 hərbi helikopteri qəzaya uğrayıb.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, helikopter Voronej şəhərindən təxminən 80 kilometr məsafədə yerləşən ərazidə tarlaya düşüb.
Helikopterin göyərtəsində pilot, şturman və tuşlayıcı olub. Onların hər üçü qəza nəticəsində ölüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Qəza ilə bağlı rəsmi məlumat da yayılmayıb./lent






