"İran Prezidentinin maşınına benzin əvəzi su vuruldu və yolda..."

İran Prezidenti Məsud Pezeşkian qeyri-rəsmi səfər çərçivəsində Təbrizə gedərkən qeyri-adi vəziyyətlə üzləșib.
Sfera.az xəbər verir ki Prezidentin xüsusi müfəttişi Mustafa Moləvinin sözlərinə görə, onun kortejindəki hər üç avtomobildə Qəzvin əyalətinə gedən yolda nasazlıq yaranıb.
Moləvi bildirib ki, avtomobil kolonu Rəşt magistralinın çıxışına yaxın yanacaqdoldurma ləntəqəsində dayanarag benzin doldurub, lakin sonradan yanacağın su ilə qarışdırıldığı məlum olub.
Hər üç avtomobilin hələ Takestan şəhərinə çatmamış mühərriki dayanıb. Yoxlama göstərib ki, bu yanacaqdoldurma məntəqəsində əvvəllər də oxşar qanun pozuntuları qeydə alınıb, lakin o, fəaliyyətini davam etdirib.
Məlumata görə, hadisəyə baxmayaraq Pezeşkian nə əyalət rəhbərliyi ilə əlaqə saxlayıb, nə də rəsmi araşdırma başladılıb. Prezident sadəcə olaraq taksi ilə Təbrizə yoluna davam etdirib.
Firuzə Əliyeva
Sfera.az