Ancelina Colinin oğlu gözlənilməz bir peşə seçib


Ancelina Colinin oğlu gözlənilməz bir peşə seçib

Aktrisa Ancelina Coli Cimmi Fallonun “The Tonight Show” verilişində övladlığa götürdüyü 23 yaşlı oğlu Maddoksun gözlənilməz bir peşə seçdiyini açıqlayıb.
 

Sfera.az xəbər verir ki, Coli oğlunun lisenziyalı pilot olduğunu xatırladıb.
 

"Maddoks həm də pilot olmaq üçün məşq edir, o, artıq pilotdur",-aktrisa bildirib.
 

49 yaşlı Coli deyib ki, 2004-cü ildə onu təyyarə idarə etməyi öyrənməyə ruhlandıran Maddoks olub:
 

“Mad hər dəfə təyyarəni görəndə həyəcanlanır. O, 4 yaşına kimi təyyarəni idarə edə bilsəm, Supermen kimi olacağam deyirdi”.
 

Coli aktrisa olmadan əvvəl dəfn xidməti bürosunun direktoru olmaq üçün təhsil aldığını da təsdiqləyib. Məşhurun ​​sözlərinə görə, o, bu peşəni babasını itirdikdən sonra seçib.

İnci


OXŞAR XƏBƏRLƏR