Dağıstanda yaşayış binasında partlayış baş verdi
Kateqoriya məlum deyil
T
Dağıstanın Xasavyurd şəhərində yaşayış binasında qaz balonu partlayıb.
Sfera.az xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb.
Partlayış mənzillərdən birində baş verib, nəticədə pəncərə çərçivələri və şüşələr sınıb. İlkin məlumata görə, xəsarət alan olmayıb.
Hadisənin təfərrüatları araşdırılır./publika






