Logo

Polşa Koreya tanklarını Rusiya sərhədi yaxınlığında yerləşdirdi

Polşa Koreya tanklarını Rusiya sərhədi yaxınlığında yerləşdirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Polşa Cənubi Koreya tanklarını Rusiya sərhədi yaxınlığında yerləşdirib.

Sfera.az bildirir ki, bu barədə mayor Maqdalena Koşçinska məlumat verib. O qeyd edib ki, Polşa Kalininqrad vilayəti ilə sərhəddən bir neçə kilometr aralıda yerləşən Branev şəhərində yeddi ədəd “K2 Qara Pantera” tankını yerləşdirib.

“Birinci tədarük zamanı 9-cu briqada yeddi tank aldı. Bu ilin sonunda daha bir partiyanın buraxılması gözlənilir”, - Koşçinska qeyd edib.

Onun sözlərinə görə, Polşa hazırda qərb sərhədində hərbi gücünü artırmaq üçün fəal işləyir.

Qeyd edək ki, 2022-ci ilin iyul ayında Polşa və Cənubi Koreya arasında “Hyundai Rotem” korporasiyası tərəfindən istehsal olunan təxminən 1000 ədəd “K2” tankının tədarükü üçün çərçivə sazişi imzalanıb.

Günay 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR