"Togg" Türkiyədə lider oldu

Ötən ay Türkiyənin elektrikli avtomobil bazarında üç mindən çox satışla yerli istehsal “Togg” lider olub. İlin ilk rübündə “Togg T10X”un ölkədəki elektrik avtomobil satışlarındakı payı 35,29, ötən ay isə 49,25 faiz təşkil edib. Türklərin yerli avtomobilə üstünlük vermələri əvvəlki aylarda da müşahidə edilib.

 

Sfera.az xəbər verir ki, hər gün Türkiyə küçələrində daha da çox görünməyə başlayan “Togg”un ölkə vətəndaşlarında böyük maraq oyatdığı açıq-aşkardır.

 

Ümumiyyətlə, son dövrdə Türkiyədə avtomobil bazarında durğunluq müşahidə edilsə də, satılan nəqliyyat vasitələri arasında elektrikli avtomobillərə daha çox üstünlük verilir. Belə ki, ötən illə müqayisədə bu növ avtomobillərin satışı 266,2 faiz artıb. Ümumi satışlarda isə tam elektriklə işləyən avtomobillərin payı faiz hesabı ilə 2,2-dən 9,9-a, hibrid avtomobillərin payı isə 11,3-dən 17,4-ə yüksəlib.

 

Statistikaya əsasən, ötən ay Türkiyədə avtomobil satışları əvvəlki ilin eyni dövrünə nisbətən 20,61 faiz azalıb. Ticarət məqsədilə istifadə olunan daha irihəcmli nəqliyyat vasitələrinin satışında isə artım müşahidə olunub.

 

Ölkədə satışı ən çox azalan elektrikli nəqliyyat vasitəsi isə ABŞ istehsalı olan “Tesla”dır.


OXŞAR XƏBƏRLƏR

Ceremi Klarkson ikinci dəfə Britaniyanın ən seksual kişisi seçildi

Ceremi Klarkson Britaniyada yenidən ilin ən seksual kişisi seçilib.   Sfera.az xəbər verir ki, “Encounters” tanışlıq saytının illik sorğu...

"Şəxsiyyət ola biləcək aparıcılarımız azdır" - Nailə İslamzadə

Əməkdar artist Nailə İslamzadə "Həftənin qonağı" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, aparıcı həmkarlarından danışıb. &quo...

Bu yolda yarımdairə ləğv edilir - VİDEO

Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində dar boğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün...

Əməkdar artist vəfat edən xanımından danışdı

"İlahiyə təşəkkür edirdim bu sevgi, xoşbəxtlik və İranə üçün. Çünki Allah mənə nə yaxşı şey veribsə, hamısı İranənin timsalında olub. Ən böyük sevgini onun...

Azərbaycanda anemiya xəstəliyi olan şəxslərin sayı AÇIQLANDI

2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla 56 124 nəfər anemiya xəstəsi qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statis...

Almaniyada insanlar seçkilərdə səs vermək üçün pulsuz pivə alacaqlar

Duysburqda (Almaniya) seçicilərə Avropa Parlamentinə seçkilərdə səs vermək üçün pulsuz pivə vəd edilir. Bu qərar insanların diqqətini belə hərəkətlərə cəlb etmə...