Makronu sarsıdıcı məğlubiyyət gözləyir - KİV

Makronu sarsıdıcı məğlubiyyət gözləyir - KİV

Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcək, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq.

 

Sfera.az xəbər verir ki, bunu “Financial Times” yazıb.

 

Nəşr əsas problemin Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-lik böyük büdcə kəsirindən qaynaqlanan dövlət xərclərinin gözlənilən azalması olduğunu qeyd edib. Xatırladılıb ki, üstəlik, hökumət sosial müavinətləri və yerli hakimiyyət orqanlarının büdcələrini kəsməyə hazırlaşır.

 

Qeyd edək ki, son sorğular Makrona dəstəyin kəskin şəkildə azaldığını göstərib.


OXŞAR XƏBƏRLƏR