İranda reper ölüm cəzasına məhkum edildi

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə Reuters və İran İnsan Haqları (IHR) insan haqları təşkilatı məlumat yayıb.

 

Sfera.az xəbər verir ki, hökumət əleyhinə nümayişlərdə iştirak edən Tomaj Salehi əvvəlcə 6 il müddətinə azadlıqdan məhrum edilsə də, məhkəmə qərarı dəyişib.
İnsan haqları fəalları Salehinin yer üzündə korrupsiyanı yaymaqda təqsirli bilindiyini qeyd edib. Bu maddədən İran hakimiyyəti geniş spektrli cinayətləri, o cümlədən İslam əxlaqı ilə bağlı olanları təsvir etmək üçün istifadə edir.

 

Salehinin vəkili Mustafa Neli ölüm hökmündən apellyasiya şikayəti vermək niyyətində olduğunu açıqlayıb.

 

Qeyd edək ki, reper 2022-ci ilin oktyabrında saxlanılıb və nəzarətə götürülüb. O, mahnıları və ictimai çıxışları da daxil olmaqla, hökumət əleyhinə etirazçıları dəstəkləməkdə ittiham olunur. 2023-cü ildə İran Ali Məhkəməsi Salehini 6 il 3 ay həbs cəzasına məhkum edib. Lakin İsfahan şəhər məhkəməsi Ali Məhkəmənin qərarına baxaraq onu ölüm cəzasına məhkum edib.


Hüquq müdafiəçiləri qeyd edirlər ki, ölüm hökmlərinin sayının artması İran hakimiyyətinin etirazları yatırmaq və cəmiyyətdə qorxu yaratmaq istəyindən xəbər verir. Onlar beynəlxalq ictimaiyyəti yaxın aylarda yüzlərlə yeni qurbanın qarşısını almaq üçün İran hakimiyyətinin hərəkətlərinə qətiyyətlə cavab verməyə çağırırlar.

 

İran İnsan Haqları və Ölüm Cəzasına Qarşı Birlikdə təşkilatına görə, İran hakimiyyəti 2022-ci ildə 582 nəfəri edam edib ki, bu da 2021-ci illə müqayisədə 333 nəfər çoxdur. Bunlardan yalnız 511 iş üzrə 71 ölüm hökmü rəsmi olaraq elan edilib. Ən azı 16 qadın və üç azyaşlı uşağın edam edildiyi də bildirilir.


İran hakimiyyəti ölkədə baş verənlərlə bağlı hər hansı məlumatın dərcinin qarşısını almağa fəal şəkildə çalışır. Etirazlar başlayandan bəri 40-dan çox jurnalist həbs edilib, azadlıqda qalanlar isə təqibdən və telefonlarının dinlənilməsindən şikayətlənirlər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

80-90-cı illərdə doğulanların tamamilə fərqli bir nəsil olduğunu göstərən faktlar

Onlar 1980-ci ildə doğulanlarla başlayan və 1990-cı illərin ortalarında doğulanlara qədər davam edən möhtəşəm nəsildir. Elə bir zamanla qarşılaşıblar ki, bu bəz...

Çiyələyin bəzi sortlarının üzünə həsrət qala bilərik… - VİDEO

Sabirabad çiyələyi təbii şəkildə yetişdirildiyinə görə, tam keyfiyyətli hesab olunur.   Hazırda da Sabirabadın Həşimxanlı kəndində çiyələk yığımı dav...

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər.   Sfera.az xəbər verir ki, bununla bağlı Xəzər TV-də süjet yayımlanıb.  ...

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb.   Sfera.az-ın məlumatına görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb...

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb ol...

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.   Sfera.az xəbər verir ki, "Real Madrid" sona 4 tur qalmış çempionlu...