Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərində işləyir. 

 

Sfera.az bildirir ki, bu smartfon şəffaf korpuslu, tətbiqləri olmayan və böyük düymələri olan “qabıqdan” ibarət olacaq.


“Boring Phone” məhdud sayda buraxılacaq və yalnız “Heineken” pivəsevərləri arasında oynanılacaq.

 

“Heineken” smartfonun cəmi 5000 nüsxə olacağını deyir. Qurğu 2,8 düymlük əsas QVGA displey və xarici monoxrom 1,77 düymlük ekran, 0,3 meqapiksellik kamera və 3,5 mm qulaqlıq girişi ilə təchiz olunacaq.

 

 

Telefon zəng etmək və mətn mesajları göndərmək üçün istifadə oluna bilər. Qadcetin 2G, 3G və 4G rabitə protokollarını dəstəkləyəcəyi bildirilir. İstifadəçilərə məşhur “İlan” oyununu oynamaq imkanı veriləcək (Qeyd edək ki, “Human Mobile Devices” əvvəllər “İlan” oyununun daxil olduğu Nokia telefonlarını hazırlayıb - red.). Başqa heç bir proqram əvvəlcədən quraşdırılmayacaq.


Darıxdırıcı telefon “Heineken”in reklam kampaniyalarında istifadə edilən marketinq hiyləsidir. Telefon satılmayacaq. Onu Böyük Britaniyada, daha sonra isə digər ölkələrdə sosial şəbəkələrdə oynatmağı planlaşdırılır. Bu ilin iyun ayından istənilən smartfonu darıxdırıcıya çevirəcək proqram yükləmək mümkün olacaq.

 

Qeyd edək ki, “HMD” daha əvvəl “Barbie” temalı flip telefon hazırlamaq üçün “Mattel” ilə əməkdaşlıq etdiyini açıqlamışdı.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb.   Sfera.az-ın məlumatına görə, elan saytlarında da müxtəlif qiymətlərə...

Sumqayıtda zavod yanğın - YENİLƏNDİ

Sumqayıtda Aşqarlar zavodunda yanğın başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. ...

Nişan şayiələri yayılan Ledi Qaqa sevgilisi ilə birlikdə görüntüləndi - FOTOLAR

38 yaşlı amerikalı müğənni Ledi Qaqa nişan şayiələrindən sonra sevgilisi ilə birlikdə görüntülənib. Qeyd edək ki, Ledi Qaqa nadir hallarda sevgilisi ilə birlikd...

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açı...

Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO

Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir.   ...

Arda Güler ​​qol sevinci zamanı göstərdiyi əl hərəkətinin mənasını AÇIQLADI - FOTO

İspaniyanın “Real Madrid” klubunda oynayan və bu klubda karyerası ərzində ikinci qolunu vuran türkiyəli gənc futbolçu Arda Güler ​​qol sevincini yaş...