Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub.

 

Sfera.az xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) hesabatında deyilir.

 

Hazırda bu ölkədə 1 milyard 442 milyon insan var.

 

İkinci yerdə 1 milyard 425 milyonla Çindir.

 

Fond Hindistan əhalisinin artımını ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümü səviyyəsinin azalması ilə əlaqələndirir.

 

BMT-nin hesablamalarına görə, 1990-cı ildə dünyada ana ölümlərinin 26 faizi Hindistanın payına düşüb, 2020-ci ilə qədər bu rəqəm səkkiz olub.

 

Hesabata görə, hazırda Hindistan əhalisinin 26 fazii 10-24 yaş arasındadır.

 

Ötən il ölkədə orta ömür həddi kişilər üçün 71, qadınlar üçün isə 74 yaş hesab edilib.

 

2011-ci ildə aparılan son siyahıyaalmaya görə, Hindistanın əhalisi 1 milyard 210 milyon idi.

 

Çinin əhalisi, BMT-nin hesablamalarına görə, 2022-ci ildə 1milyard 426 milyon nəfərə çatıb və azalmağa başlayıb.

 

Mütəxəssislər bu əsrin sonuna qədər Çin əhalisinin 1 milyarddan aşağı düşəcəyini proqnozlaşdırıblar.

 

Digər tərəfdən Hindistan əhalisinin növbəti bir neçə onillikdə artmağa davam edəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR

Gürcüstanda etirazlar DAVAM EDİR: ““Rus qanunu” qəbul edilərsə…” 

Gürcüstanda intensiv etiraz aksiyaları davam edir. Bu etiraz aksiyalarının əsas səbəbi parlamentdə bir neçə həftə öncə qəbul edilən “Xarici təsirin ş...

Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər SAXLANILDI

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Respublika Sanitariya – Karantin M...

73 nəfər itkin düşmüş şəxslərin adları AÇIQLANDI - YENİLƏNDİ - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin şəxsiyyəti müəyyənləşib.   Sfera.az-ın xəbərinə görə, siyahını Əsir və itkin düşmüş vətənd...

I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti MÜYYƏNLƏŞDİ - SİYAHI

Bakı şəhəri I və II Şəhidlər Xiyabanında tanınmadan dəfn olunan 13 nəfərin adı açıqlanıb.   Sfera.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətənd...

Mayın 1-i və 2-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ!

Növbəti 2 gün ərzində hava şəraitinin küləkli olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hi...

Dini liderlər Bakıda və Şuşada bir araya GƏLƏCƏKLƏR

Dini liderlər Bakıda və Şuşada bir araya gələcəklər.   Sfera.az xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxül...