ABŞ uçan Frensis Skott körpüsünü yenidən inşa edəcək - FOTO

ABŞ uçan Frensis Skott körpüsünü yenidən inşa edəcək - FOTO

“ABŞ-də uçan Frensis Skott körpüsünün yenidən inşası elə də sürətli olmayacaq”.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin nəqliyyat naziri Pit Butticaci Ağ Evdə keçirilən gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. 

 

O bildirib ki, orijinal körpü 5 ildə inşa edilib.

 

Butticaci qəzanın bölgəyə iqtisadi təsiri ilə bağlı narahatlıqlarını da dilə gətirib:

 

"Baltimor limanı Amerikanın tədarük zəncirləri və iqtisadiyyatımız üçün vacib bir mərkəzdir. Ölkənin infrastruktur xərcləri üçün hazırlanan büdcə paketinin yenidən qurulması üçün böyük dəstək lazımdır".

 

Qeyd edək ki, martın 26-na keçən gecə “Maers”ə məxsus, Sinqapur bayrağı altında üzən 300 m uzunluğunda "Dali" konteyner gəmisi Francis Skott körpüsünə çırpılıb. Nəticədə gəmi alovlanaraq batıb. Təxminən 2,57 kilometr uzunluğunda olan körpünün böyük bir hissəsi zərbə nəticəsində çöküb, körpüdə olan çoxlu avtomobil Patapsko çayına düşüb. 6 nəfər ölüb, 7-si isə ağır yaralanıb. Qəzadan sonra ştatda “fövqəladə vəziyyət” elan edilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR