İnternetdə tomat haqqında rəy yazan qadın həbsxanaya düşə bilər

İnternetdə tomat haqqında rəy yazan qadın həbsxanaya düşə bilər

Nigeriyalı 39 yaşlı Çioma Okoli internetdə tomat pastası ilə bağlı mənfi rəyə görə həbsxanaya düşə bilər.

 

Sfera.az bildirir ki, sosial şəbəkədə mənfi şərh yazan qadının başına iş gəlib. Chioma Okolini kibercinayətkarlıq qanunlarını pozduğuna görə iki həbs cəzası gözləyir.

 

Yerli bir şirkətinin “Nagiko” adlı pomidor qarışığının açıq qutusunun fotoşəkili ilə Facebook-da paylaşılan post izləyicilərin müxtəlif reaksiyalarına səbəb olub.

 

Sosial mediada sərt bir şərh, Laqosda yaşayan sahibkarı qəzəbləndirib. Məhsul istehsalçısı qadını bizneslərinə ziyan vuran "zərərli iddia" ilə kibercinayətkarlıq qanunlarını pozmaqda ittiham edib. İndi qadını həbs cəzası gözləyir.

 

Bu qeyri-adi hadisə Nigeriyada hiddətə səbəb olub, çoxları Okolinin söz azadlığı hüququndan istifadə etdiyinə görə cəzalandırılmasını düzgün hesab etmir. 

 

Hadisə ötən il sentyabrın 17-də baş verib. Qadın 18 000 Facebook izləyicisindən bu yaxınlarda aldığı pomidor püresi əvəzedicisi ilə bağlı fikirlərini öyrənmək istəyib. O, tomatı çox şirin adlandırıb və sosial şəbəkə istifadəçilərindən fikirlərini bildirmələrini istəyib. Sentyabrın 24-də isə Okoli həbs edilib.

 

Nigeriya polisi, Okolini “Facebook” paylaşımından insanları təhrik etmək üçün istifadə etməkdə günahlandırır. 7 mart 2024-cü il tarixli bəyanatda iddia edilir ki, ibtidai istintaq qadının əleyhinə tutarlı sübutlar ortaya çıxarıb.

 

Qadının günahı sübuta yetirilərsə, o, üç ilədək həbs cəzası, 7 milyon naira (təxminən 8500 Azn) və ya hər ikisi ilə cəzalandırıla bilər.

 


 
Okoli eyni ittihamın başqa maddəsi ilə də ittiham olunur (insanları təhrik etməklə, sui-qəsd). Günahı sübut olunarsa, onu əlavə yeddi il də həbs cəzası gözləyir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq - RƏSMİ

28 aprel saat 11:00-dan etibarən M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 43-cü km-lik hissəsində (Sabiraba...

"ABŞ bizə qarşı müharibə elan edib" - Medvedev Rusiyanın talan edildiyini AÇIQLADI

Medvedev ABŞ-nin Rusiyanı talan etdiyini deyib.   Sfera.az bildirir ki, o, bu barədə “Telegram” kanalında qeyd edib.   Rusiya ...

Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib

Azərbaycanın daha 3 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında mübarizəyə qoşulub.   Sfera.az xəbər verir ki, yarışın so...

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan AYRILIR? - "Mövsümün sonunda..." - Özü AÇIQLADI 

Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək.   Sfera.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Türkiyənin &q...

60 yaşlı qadın dünya gözəli seçildi - FOTO 

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən gözəllik müsabiqəsinin qalibi Alejandra Marisa Rodriges olub.   Sfera.az xəbər verir ki, 60 yaşlı Alej...

Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev Azərbaycan Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” MMC arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib o...