Uels şahzadəsi irsi xəstəliyinə görə xəstəxanaya yerləşdirilib?

Uels şahzadəsi irsi xəstəliyinə görə xəstəxanaya yerləşdirilib?

Aylarla keçirdiyi əməliyyatdan sonra üzünü heç kimin aydın görmədiyi, səsi eşidilməyən Keyt Middlton bütün dünyanın gündəminə çevrilib. 

 

Xəbər verdiyimiz kimi, Şahzadənin keçirdiyi əməliyyatın təfərrüatları gizli saxlanılsa da, xəstəliyi ilə bağlı bir çox iddialar səsləndirilir. 

 

Sfera.az bildirir ki, bu dəfə Şahzadə Keytdə yüksək ehtimalla, irsi xəstəlik olduğu düşünülür.

 

Bəs Şahzadənin irsi xəstəliyinin adı nədir? Müalicəsi necədir?

 

 

Keyt Middltonun Britaniya xalqının Dianadan sonra ikinci sevimli Şahzadəsi olduğunu desək yalan olmaz. Ötən ilin sonunda onun tələsik əməliyyatı ictimaiyyətdə narahatlıq doğurmuşdu.


Lakin saraydan bildirilib ki, Şahzadənin əməliyyatı planlı olub.


Ancaq o vaxtdan bəri, onu aydın görən və ya səsini eşidən heç kim olmadığından, bir çox fərziyyələr dolaşmağa başlayıb.


Bəziləri onun öldüyünü, bəziləri əri Şahzadə Uilyamdan boşanmaq ərəfəsində olduğunu iddia edir.


Bu yaxınlarda ən son görülən şəxsin o deyil, kaskadyoru olduğu da sui-qəsd nəzəriyyələri dolaşmağa başladı. 

 

Şahzadənin keçirdiyi əməliyyatla bağlı çoxsaylı iddialar irəli sürülüb: Bəziləri onun xərçəng olduğunu, bəziləri isə qidalanma pozğunluğunun təkrarlandığını iddia edilir.

 

 

Bununla belə, sosial media istifadəçiləri hesab edir ki, bu versiyalardan ən inandırıcısı Şahzadənin irsi xəstəliyinin olduğudur.


İddialara görə, Keyt Middlton Kron (Crohn) xəstəliyindən əziyyət çəkir. Bağırsaq xəstəliyi hesab edilən Kron bağırsaqların qıcıqlanması və iltihabıdır.

 

Uels şahzadəsinin son 10-15 ildə bu bağırsaq xəstəliyindən əziyyət çəkdiyi və ən son əməliyyatında bağırsaqlarının bir hissəsinin cərrahi yolla çıxarıldığı iddia edilib.

 

 

Middltonun qarın ağrısı və arıqlama kimi əlamətləri olan bu pozğunluğu hər kəsdən gizlətdiyi və hətta yaxın komanda yoldaşlarının da bundan yenicə xəbərdar olduğu iddia edilir.


Üstəlik, bu, irsi xəstəlik olduğundan, vəliəhdlərin bundan təsirlənməməsi üçün Sarayın bu məlumatı insanlardan gizlətdiyi düşünülür.


Bundan əlavə, Keyt, bu xəstəliyin müalicəsi üçün aylarla yataqda qalmalı ola bilər. Şahzadənin ictimaiyyət arasında çox görünməməsinin izahı məhz bu ola bilər.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı Şuşada MİNAYA DÜŞDÜ

ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev aprelin 27-də azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə ...

Putinin andiçmə mərasiminin tarixi MƏLUM OLDU

Rusiyada 15-17 may tarixlərində keçirilən Prezident seçkilərində qalib gəlmiş hazırkı dövlət başçısı Vladimir Putinin andiçmə mərasimi mayın 7-nə planlaşdırılır...

Məşhur müğənninin qohumu sevgilisi tərəfindən ÖLDÜRÜLDÜ - FOTO

Türkiyədə Ömər Öktem tərəfindən güllələnərək öldürülən Selin Yalının məşhur müğənni Yalının qohumu olduğu üzə çıxıb.   Sfera.az xəbər verir ki, bu b...

"Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur" - Sahibə Qafarova

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin...

Elektron siqaretlər hamilə qalmaq şansını AZALDIR

Elektron siqaretlər hamilə qalmaq şansını azaldır.   Sfera.az xəbər verir ki, bu barədə London Universitetinin alimləri araşdırma aparıblar. &nbs...

Sabah 32 dərəcə isti olacaq

Aprelin 28-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...