Fransa Cənubi Qafqazda sabitliyi pozmaqda ittiham edildi

Fransa Cənubi Qafqazda sabitliyi pozmaqda ittiham edildi

Fransa Cənubi Qafqazda mövcud olduğu müddətdə kəşfiyyat məlumatlarının toplanması və regionda sabitliyi pozmaq kimi məqsədlər güdür.


Sfera.az TASS-a istinadən xəbər verir ki , bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.


"Fransanın Cənubi Qafqaz regionunda mövcudluğu kəşfiyyat məlumatları toplamaq, region dövlətlərini izləmək və ölkələrimiz arasında əldə edilmiş, o cümlədən iqtisadi xarakterli sülh sazişlərinin həyata keçirilməsinin qarşısını almaq cəhdidir", - Zaxarova qeyd edib.
 

Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, “Fransa həqiqətən regionda sülh və təhlükəsizliyin qorunmasına çalışsaydı, 2021-ci ildən Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edərdi ”.
 

Bununla belə, Zaxarovanın sözlərinə görə, Fransa “əks mövqe tutub”.
 

Diplomat qeyd edib ki, Paris Afrikada təhlükəsizliyi təmin edə bilməyib, ona görə də onun Cənubi Qafqazda bunu edə biləcəyinə “inanmaq sadəlövhlükdür”.


Xatırladaq ki, martın 11-də Zaxarova Fransanı Dağlıq Qarabağda yalançı sülhməramlı obrazı yaratmaqda da ittiham edib .



Əzizə
sfera.az


OXŞAR XƏBƏRLƏR

Emin Ağalarov erməniəsilli ifaçının Bakıya gətirməsindən DANIŞDI

"Pulum tam olmadığı üçün yox, vəziyyət ağır idi. Biznesin bir hissəsi pandemiya dövründə bağlandı: fitnes mərkəzləri, restoranlar. Heç kimi işdən çıxa...

Sədərək rayonunda sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Sədərək rayonunda sursat partlayışı nəticəsində 2 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi...

"Sumqayıt" "Qarabağ"la oyuna görə azarkeşlərə müraciət etdi

​​​​"Sumqayıt" klubu "Qarabağ"a qarşı keçirəcəkləri Premyer Liqanın 32-ci tur oyunu ilə bağlı azarkeşlərə müraciət edib.  ...

Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış 1 ədəd kompressor yanıb.   FHN-dən Sfera.az-a verilən məlumata görə, yanğın zamanı ...

Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO

Azərbaycanda keçirilən toyda yaşanan hadisə diqqət çəkib.    Sfera.az Milli.Az-a  istinadən xəbər verir ki, xoş günündə sevincindən özünə y...

Yol pulunu verməmək üçün sürücünü döyüb öldürdülər

Rusiyanın Volqoqrad vilayətində sərnişinlər taksi sürücüsünə pul verməkdən imtina edərək onu döyərək öldürüblər.   Sfera.az lent.az-a istinadən bildi...