İYİ partiyanın başqanı o seçildi

İYİ partiyanın başqanı o seçildi

Türkiyənin İYİ partiyasına yeni başqan seçilib.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, "ATO Congresium"da keçirilən konqresdə Qrup sədri Koray Aydın və Qrup sədr müavini Müsavat Dərvişoğlu ümumi başqan seçkilərinin 3-cü turunda yarışıb.

 

Səsvermənin nəticələrinə görə, Müsavat Dərvişoğlu 1159 etibarlı səsdən 611-ni toplayaraq başqan seçilib. Koray Aydın isə 548 səs toplayıb.

 

Qurultayda partiyanın səlahiyyətli komitələri seçiləcək. Bu çərçivədə nümayəndə 50-si əsas, 25-i ehtiyat olmaqla 75 Ümumi İdarə Heyətinin üzvünü və 11-i əsas və 7-si əvəzedici olmaqla 18 Mərkəzi İntizam Şurasının üzvünü müəyyən edəcək.

 

Xatırladaq ki, Türkiyənin müxalif İYİ partiyasının sədri Meral Akşener partiya rəhbərliyinə yenidən namizəd olmayacağını açıqlamışdı.

 

Qeyd edək ki, 67 yaşlı Meral Akşener 2017-ci ildə yaradılan İYİ partiyasının qurucusu və ilk sədri olub.


OXŞAR XƏBƏRLƏR

Xəstəxanada 17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub” - VİDEO

Bakıda qabırğa ağrısı şikayəti ilə xəstəxanaya aparılan 17 yaşlı qız iki gün sonra tibb müəssisəsində vəfat edib.   Sfera.az Xəzər TV-yə istinadən xə...

Bakıda sahibsiz itlər daha bir uşağa hücum ediblər - VİDEO

Qaradağ rayonunun “Qobu park” yaşayış kompleksinin ərazisində sahibsiz itlər uşağa hücum çəkib. Nəticədə uşaq müxtəlif dərəcəli bədən xəsarətləri al...

Putin Şoyquya daha bir vəzifə verdi

Sabiq müdafiə naziri Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsindən əlavə daha bir yüksək post daşıyacaq.   Sfera.az xəbər veri...

İsmayıllıda yol çökdü, təhlükəli vəziyyət yarandı - VİDEO

  İsmayıllıda yağıntılardan sonra Lahıc - Dəmirçi avtomobil yolundakı sürüşmə zonalarında aktivlik müşahidə olunmağa başlayıb. Hətta yolda çökmələr də ə...

Çayın xərçəngə səbəb olduğu sübut olundu

Çin alimləri çayla xərçəng xəstəliyi arasında əlaqəni sübut edən çoxillik araşdırmalarına yekun vurublar.   Sfera.az medicina.az-a istinadən&nbs...

Atletimiz Özbəkistanda qızıl medal qazandı

Atletika üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Açıq Mərkəzi Asiya çempionatının ikinci günündə də uğurlu çıxışlarını dava...