Bakıda 56 yaşlı qadını avtomobil vurdu

Bakıda 56 yaşlı qadını avtomobil vurdu

 

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az report-a istinadən xəbər verir ki, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb.

 

Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.


OXŞAR XƏBƏRLƏR