İraqın məşhur tiktokeri güllələndi

İraqın məşhur tiktokeri güllələndi

İraqlı “TikTok” ulduzu Om Fahad Bağdaddakı evinin qarşısında güllələnib.

 

Sfera.az xəbər verir ki, bu barədə İraq dövlət təhlükəsizlik xidmətlərinin nümayəndələri bildiriblər.

 

İraq musiqisi sədaları altında rəqs edərkən populyar videolar çəkən sosial media fenomeni avtomobilində naməlum şəxs tərəfindən öldürülüb. Hadisə onun yaşadığı yerin yaxınlığında baş verib.

 

Təhlükəsizlik rəsmisi bildirib ki, hücum edən şəxs özünü kuryer xidməti işçisi kimi göstərib.

 

Qətldən sonra ölkənin Daxili İşlər Nazirliyi qətlin araşdırılması üçün “xüsusi işçi qrupu yaratdığını” bildirib.

 

Qeyd edək ki, Fahad 2023-cü ilin fevralında “ictimai əxlaqa xələl gətirən ədəbsiz ifadələri ehtiva edən videoları” yaydığına görə altı ay həbs cəzasına məhkum edilmişdi.

 

Son illərdə İraqda çox sayda məşhur videobloqçular öldürülüb.

 

Fevral ayında Divaniyyə şəhərində “Simsim” təxəllüsü ilə bloqer, 2023-cü ildə isə daha bir “TikTok” ulduzu Nur Əlsəffar öldürülüb. Bundan əvvəl üç milyon “Instagram” izləyicisi olan model Tara Fares 2018-ci ildə Bağdadda güllələnib.


OXŞAR XƏBƏRLƏR

Avrokubokların final oyunlarının hakimləri bəlli oldu

2023/2024 mövsümündə avrokubokların final oyunlarını idarə edəcək baş hakimlərin adları açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə UEFA-nın &quo...

Deputatla bank sədrinə ağır itki

“Yelobank”ın İdarə Heyətinin sədri Anar Həsənova ağır itki üz verib.   Sfera.az xəbər verir ki, onun atası Çingiz Həsənov vəfat edib. ...

Şahzadə Harri Kral Çarlzın təklifini rədd etdi

Bütün media Kral Çarlzın keçən həftə İngiltərədə olarkən şahzadə Harri ilə görüşdən imtina etməsini müzakirə edir. Lakin məlum olhb ki, kralın bu cür davranışın...

Beş ailə üzvünü qətlə yetirən Əhmədin MÜƏMMALI SONU - VİDEO

“Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən, əgər şəxs cinayəti anlaqsız vəziyyətdə törədibsə, bu hal məhkəmə tərəfindən tam şəkildə sübuta yetirilərsə,&...

Yağıntılar ən çox bu sahəyə ziyan vurdu - Əhalini nə gözləyir?

“Hazırda may ayıdır. Artıq meyvələrin əksəriyyəti tozlanma, mayalanma fazasın keçib. Ağacların əksəriyyətində meyvəciklər var. Tək-tük ağaclar var ki, onl...

Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI - VİDEO

ARB telekanlında yayımlanan "Yollar bizi ayırmasın" verilişinin növbəti buraxılışı meyxanaçı Namiq Qaraçuxurluya həsr edilib.   O, lay...