ABŞ Rusiyadakı seçkilərə müdaxilə edəcək? - AÇIQLAMA

Vaşinqton Rusiya prezident seçkilərinə müdaxilə planlarını inkar edir və bu cür bəyanatları “qəti şəkildə yalan” hesab edir.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.
Prezident administrasiyasının nümayəndəsi bildirib ki, Rusiya tərəfinin mümkün müdaxilə ilə bağlı ittihamları “təbliğatdan başqa bir şey deyil”. Eyni zamanda, agentlik bildirib ki, Rusiyanın ABŞ-dakı səfirliyi seçkilərdə təhlükəsizliyi təmin etmək üçün Dövlət Departamenti ilə “sıx təmasdadır”.
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) bəyan etmişdi ki, müxalif internet resursları ABŞ-nin yardımı ilə Rusiya vətəndaşlarına qarşıdan gələn seçkilərə məhəl qoymamağa çağırışlar yayır. Amerika İT mütəxəssislərinin köməyi ilə mümkün kiberhücumlar barədə də məlumat verilib.
İnci