Keyt Middleton yenidən ictimaiyyət qarşısına çıxdı - Yeni foto daha çox suallar doğurdu

Keyt Middleton yenidən ictimaiyyət qarşısına çıxdı - Yeni foto daha çox suallar doğurdu

Keyt Middltonun uzun müddət ictimaiyyət arasında olmaması, eləcə də Kensinqton Sarayının onun səhhəti ilə bağlı kifayət qədər qənaətbəxş olmayan cavabları, üç övladı ilə fotosunun uğursuz montajı böyük qalmaqala səbəb olub. Kral ailəsinin pərəstişkarları Keytin sağlıq durumunun adi qarın əməliyyatından daha ağır olduğunu iddia edirlər.

 

Sfera.az bildirir ki, Şahzadə Keytin Vindzor qəsrini tərk edərkən çəkilmiş fotoları yeni şayiələrin yayılmasına səbəb olub. 

 

İnsanlar, silueti avtomobilin arxa oturacağında görünən Şahzadənin "yaxşı olduğunu göstərmək" cəhdi olduğunu iddia edirlər.

 

Qeyd edək ki, Şahzadə ötən gün portretini rəqəmsal şəkildə redaktə etdiyi üçün üzr istəyib. Bir neçə saat sonra isə həyat yoldaşı ilə birlikdə Vindzor qəsrinin kənarında görüntülənib.

 

Şahzadə Keyt pəncərədən bayıra baxarkən, Uilyam isə telefonunda bəzi qeydlər oxuyarkən görüntülənib.

Kral müşahidəçisi Maykl Koulun fikrincə, Şahzadələrin görünüşü hər şeyin yaxşı olduğunu göstərir.

 

Qeyd edək ki, Şahzadə Keytin Pasxa bayramından tez ictimaiyyət qarşısına çıxması gözlənilmirdi, lakin sağlamlığı ətrafında fırlanan çoxsaylı sui-qəsd nəzəriyyələri səbəbindən o, bunu daha erkən etmək məcburiyyətində qalıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR