“Kasıb olmaq daha xoşbəxtlikdir” - Gənc milyonçu

“Kasıb olmaq daha xoşbəxtlikdir” - Gənc milyonçu

Nyu-Yorklu 29 yaşlı Ben Börns müstəqil şəkildə sərvət qazanaraq milyonçu olub. Bununla belə, o, kasıb olmağın daha əyləncəli və xoşbəxtlik olduğunu etiraf edib.

 

Sfera.az bildirir ki, gənc iş adamı uğur hekayəsini bölüşüb və qeyd edib ki, böyük pul onun həyat tərzini dəyişməyib.

 

Çoxlu sərvəti olan Ben var-dövlətinə biganə olduğunu. O, pulu yalnız yüksək sürətli WiFi, Dietik içkilər və elit idman zalına xərclədiyini deyir. Sahibkar 50 min dollar dəyərində silah kolleksiyasına da pul xərcləyib.

 

Ben qeyd edir ki, zəngin olmaq çoxlarının düşündüyü qədər əyləncəli deyil.

 

"Milyonları olan hər kəs bilir ki, pul uydurulmuş bir anlayışdır. Zəngin olmaq düşündüyünüz qədər də gözəl deyil. Məsələn mənim pulum var, amma vaxtımın 99%-ni noutbukumun qarşısında keçirirəm. Normal sosial həyatım var, amma mənim işim buna təsir edir. Həyatımın çox hissəsi stresslə keçir. Kasıb olmaq zəngin olmaqdan daha əyləncəlidir, çünki təcrübəni daha çox qiymətləndirirsən. Məsələn, kasıb da olsan əyləncəni layiqincə dəyərləndirə bilərsən. VIP xidmətlərdən istifadə etmək şərt deyil, ucuz kafe və ya barda ucuz pivə içmək də olar. Birincini edən insanlar əylənmək üçün deyil, sadəcə pullarını nümayiş etdirməyə çalışırlar”-deyə o bildirir.  

 

O, uğur hekayəsindən danışıb

 

Kriptovalyutalar sahəsində mütəxəssis olan Ben əvvəlcə məktəbdə alqı-satqı ilə məşğul olmağa başlayıb. O, bütün əmanətlərini investisiyaya yatırsa da, sonra hər şeyini itirib. Belə bir uğursuzluğun onu dayandırmayacağına qərar verən Ben təslim olmayıb. O, Coastal Carolina Universitetində kompüter elmləri üzrə təhsil alıb və daha sonra Kraken kriptovalyuta birjasında proqram mühəndisi kimi çalışıb, ödənişləri də Bitcoin ilə almağa üstünlük verib. Ben tezliklə başa düşdü ki, qoyduğu pulu artıqlaması ilə geri qaytara bilib.

 

"Kollecdəki otaq yoldaşım Ceyms və mən ciddi şəkildə kriptovalyuta ticarətinə başladıq, kodla strategiyalar yazdıq və bu, bizə ciddi pul qazandırdı. Amma həqiqətən böyük pullar mən bu işə qoşulduqda gəlməyə başladı. Valideynlərim mənə qarşı idi, çox riskli bir işə cəhd edirdim, amma indi onlar nəticədən razıdırlar”- deyə Ben bildirib.

 

Adamın silah kolleksiyası var

 

Gənc iş adamının hesabına ilk milyon gələndə o, o qədər də sevinməyib. Ben Diet Cola içməkdən, idman zalına getməkdən və silah toplamaqdan həzz alır.

 

Ben milyonlarının həyatında çox az fərq yaratdığını desə də, o, insanların həyatda öz yollarını seçməli olduğuna inanır. Onun fikrincə, insan ənənəvi işlərdən imtina etməli və başqasını zənginləşdirmək üçün özünü həlak etməməlidir.

 

Aysel 

Sfera.az 


OXŞAR XƏBƏRLƏR