İsrailin Avroviziyada iştirakı TƏSDİQLƏNDİ - Səhnəyə o çıxacaq 

İsrailin Avroviziyada iştirakı TƏSDİQLƏNDİ - Səhnəyə o çıxacaq 

“Eurovision” Mahnı Müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi bütün çağırışlara baxmayaraq, İsrailin müsabiqədə iştirakına icazə verib.

 

Sfera.az bildirir ki, may ayında İsveçin Malmö şəhərində keçiriləcək müsabiqədə ölkəni müğənni Eden Qolan təmsil edəcək. O, "Hurricane" adlı mahnı ilə səhnəyə çıxacaq.

 

Bundan əvvəl, Qolanın "Dance Forever" və "October Rain" mahnıları siyasi mahiyyət daşıdığı üçün Avropa Yayım Birliyi tərəfindən rədd edilmiş və mahnının sözlərinin dəyişdirilməsi tələb olunmuşdu. İsrailin ictimai yayımçısı Kan sözlərin dəyişdirilməyəcəyini açıqlasa da, Prezident İsxaq Hersoqun müdaxiləsi ilə mahnıdan siyasi ittihamlar daşıyan cümlələr çıxarılıb.

 

Qeyd edək ki, İslandiya və Belçika Qəzzada davam edən münaqişə səbəbiylə İsrailin yarışdan uzaqlaşdırılmasını tələb etmişdi. AYB-nin bu istiqamətdə mövqe sərgiləməməsi reaksiyaya səbəb olmuşdu.

 

Günay


OXŞAR XƏBƏRLƏR