Transgender teleaparıcı “Harri Potter” yazarını polisə verdi - FOTO

Transgender teleaparıcı “Harri Potter” yazarını polisə verdi - FOTO

58 yaşlı britaniyalı yazıçı, "Harri Potter"in müəllifi JK Roulinq transseksuallarla bağlı fikirlərinə görə yenidən problemlə üzləşib.

 

Sfera.az xəbər verir ki, keçmiş yarışma iştirakçısı və teleaparıcı İndia Willoughby (Uilobi) polisə şikayət etdiyini bildirib. Uilobinin dediyinə görə, yazıçı dəfələrlə onu cinsiyyətə görə nüfuzdan salıb. Sənədlərə görə çoxdan qadın olmasına baxmayaraq yazıçının israrla onu kişi adlandırmasından çox inciyir.

 

"Joan Roulinq qanun pozur. Mən qanuni olaraq qadınam. Doğum haqqında şəhadətnaməmdə "qadın" yazılıb, pasportumda, bütün sənədlərim qanuni olaraq transgender olduğumu qeyd edir. Qadın olduğumu bilir, amma yenə də məni ələ salır. Mənim haqlarım qanunla qorunur. Roulinqin etdiyi həm Bərabərlik Aktının, həm də Genderin Tanınması Aktının pozulmasıdır”- deyə Böyük Britaniyanın ilk transgender xəbər aparıcısı 14 milyon izləyicisi olan X (Twitter) hesabında yazıb.


Roulinq ittihamları rədd edərək bildirib ki, genderlə bağlı tənqidi fikirlərə sahib olmaq cinayət deyil.


Roulinq öz sosial media hesabında: "Bir müddət əvvəl hüquqşünaslar mənə məlumat verdilər ki, mənim İndian Uillobiyə qarşı böhtan iddiasında nəinki mütləq qalib gəlmişəm, həm də onun son bir neçə ildə mənimlə bağlı obsesif təqibi qanuni şəkildə təzyiq həddinə çata bilər"-yazıb. 

 

 

Qeyd edək ki, Roulinq son bir neçə ildə transseksuallar haqqındakı fikirlərinə görə tənqid olunub. Yazıçı daim transseksuallara qarşı fikirlərini açıq ifadə etməkdən çəkinməyib. Onun sözlərinə görə, transgenderlər bioloji cinsinə görə müəyyən edilməlidir. 


2020-ci ilin iyun ayında Roulinq, çox mübahisələrə və qalmaqala səbəb olan bir tvit yazıb. Roulinq “qadın” əvəzinə “aybaşı görən insanlar” sözü istifadə edən termini tənqid edib, hətta ələ salıb. 

 

Elə həmin ilin sentyabrında Joan yeni nifrət dalğası və transfobiya ittihamları ilə üzləşdi. Sonra Roulinqin Robert Galbraith təxəllüsü ilə yazdığı "Pis qan" kitabı nəşr olundu. Hekayədə əsas qəhrəman qurbanlarını öldürmək üçün qadın paltarı geyinən kişi serialı qatildir.
Öz əsərini şərh edən yazıçının:

 

“Kitabın əxlaq qaydası belədir: Don geyinən adama heç vaxt etibar etmə”-sözləri ona qarşı növbəti nifrət dalğasına səbəb olub. Qəzəbli oxucular fikirlərini “Twitter”də, əsasən də İngiltərədə #RIPJKRowling heştəqləri trendə çevrilib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İyulun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.   Sfera.az xəbər verir ki, bu bar...

Avropada istiyə görə 2300-dən çox insan həyatını itirdi

Ötən həftə başa çatan kütləvi isti dalğası zamanı Avropanın 12 şəhərində 2300-ə yaxın insan dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə L...

Tikdirdiyi binadan hər qızına 5 mənzil verəcək

Türkiyəli müğənni İbrahim Tatlıses Şanlıurfanın Dağeteği ilə Germüş bölgələri arasında yerləşən və təxminən 20 il əvvəl satın aldığı torpaq sahəsindən böyük qaz...

Məhərrəmlikdə onların bazarı "ölür"

Azərbaycanda Məhərrəm ayının başlaması ilə bir çox sahələrdə bazarın durğunluğu müşahidə olunur. Xüsusilə Aşura günü və ondan sonrakı günlərdə əyləncə, şənlik v...

Uşaqların inkişafında cəmiyyətin rolu - ARAŞDIRMA

Uşaq və gənclərin inkişafı istənilən cəmiyyətin gələcəyinin təminatıdır. Onların fiziki və mənəvi sağlamlığı həm fərdi xoşbəxtlik, həm də sosial rifah baxımında...

Astarada marketdə istehlaka yararsız məhsullar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Cəmilə Əli qızı Əliyevaya məxsus ...