Qurban, yoxsa qəhrəman? - İlk türk Dünya Gözəli Keriman Xalis Ece

Qurban, yoxsa qəhrəman? - İlk türk Dünya Gözəli Keriman Xalis Ece

1932-ci ildə ilk Türkiyəli dünya gözəli seçilən Keriman Xalis Ecenin uğuru təkcə Türkiyədə deyil, dünya mətbuatında da işıqlandırılıb. Əslində bu uğur Atatürkün verdiyi dəvətlə qeyd olunur və Keriman Xalisə də “Ece” soyadını o zaman məhz Atatürk vermişdi. Bəs bu uğur niyə sonradan qurban hekayəsinə çevriləcək iddialar arasında idi?

 

Sfera.az hələ də bir qurban, yaxud qəhrəman olması barədə mübahisələrin bitmədiyi türk Dünya Gözəli Keriman Xalis barədə yazı təqdim edir. 

 

Keriman Xalis Ece "Hızır" adlı yanğınsöndürənlərin nümayəndəsi Tevfik Xalis bəylə Ferhundə Xanımın 6 övladından biri idi. Varlı bir ailənin qızı olaraq babasından və tacir olan atasından miras qalan mülkdə yaşamış və çox yaxşı təhsil almışdı.


O, pianoda çox yaxşı çala, tikiş tikə və fransızcanı ana dili kimi bilirdi.


18 yaşında olarkən dostları ona gözəllik yarışmasında iştirak etməyi məsləhət görsələr də, atası onun iştirakına icazə verməyib.
Növbəti il müsabiqəyə qatılmaq mövzusu gündəmə gələndə Keriman Xalis Ece dövrün aparıcı ədəbiyyat adamlarının məsləhəti ilə müsabiqəyə qatılmağı bacarır.


Müsabiqədə iştirak üçün elan aşağıdakı kimi idi:

 

“Açıq və gəlinlik paltarları ilə keçiriləcək bu seçkidə 16-25 yaş arası subay, iffətli qızlar iştirak edə biləcək. Qalib olmayanların adları açıqlanmayacaq ki, onların heysiyyəti incinməsin”.


Keriman, müsabiqənin münsiflər heyətinin: Abdülhak Hamid, Cenap Şahabettin, Vasfi Rıza, Yunus Nadi və Peyami Safanın səsləri ilə qalib seçilib. 


Daha sonra Belçikada keçirilən Beynəlxalq Gözəllik və Zəriflik Yarışmasında Türkiyəni təmsil edib.
Tamaşaçıların “Vive la Mustafa Kamal” və “Vive la Miss Turquie” şüarları arasında 28 ölkənin təmsilçisi arasından Keriman Xalis Ece “Dünya gözəli” seçilib.


Mərasimin sonunda eyvana çıxıb salam verəcəyi zaman salonda Türkiyə bayrağının olmadığı diqqət çəkib.


O, atası ilə atlas parçadan türk bayrağı düzəldərək, zaldakıları salamlamaq üçün eyvana çıxıb.
Türkiyəyə qayıdarkən, Atatürk Keriman Xalis Ecenin şərəfinə Makbule Hanım və Afət İnanın da iştirak etdiyi ziyafət təşkil edib.


Məhz bu ziyafətdə Mustafa Kamal Atatürk Keriman Xalisə “Ece” deyə müraciət edərək bunları söyləyir: “Dünya hakimlərinin bu türk övladı ilə bağlı verdikləri qərar bizi sevindirir ki, bu da türk irqinin nəcib gözəlliyinin hər zaman qorunduğunu göstərir. Amma Keriman Xalis Ece hamımızın eşitdiyi kimi dedi ki: O, özünü bütün türk qızlarının ən gözəli olduğunu iddia etmir. Bu gözəl türk qızımız dünya münsiflərinin razılığı ilə öz irqinin gözəlliyini dünyaya tanıdaraq özünü xoşbəxt və şanslı saymaqda haqlıdır. Türk milləti şübhəsiz ki, bu gözəl övladımızı səmimi qəlbdən təbrik edir”.

 

Müxtəlif kampaniyalarda iştirak edən Ecenin uğuru, uzun müddət türk qadınlarının kişi hökmranlığından və zülmündən qurtuluşunu əhatə edən “Kəriman Halis Olayı” adı ilə Yaponiyada dərsliklərə belə daxil edilmişdir.


Ancaq bir nəfər müsabiqədəki uğurun göründüyü kimi olmadığını və Ecenin siyasi və dini səbəblərə görə “Miss World” seçildiyini iddia edir.


Cənab Halid Turhan yarış sədrinin kürsüyə çıxdığını iddia edərək, deyir:

 

“Hörmətli jüri üzvləri, bu gün biz Avropanın və xristianlığın qələbəsini qeyd edirik. 600 ildir dünyaya hökmranlıq edən Osmanlı İmperiyası artıq sona çatıb. Avropalı xristianlar bunu başa vurdular. Təbii ki, biz ABŞ və Rusiyanın əməyini də inkar edə bilmərik. Qısası, bu, xristianlığın qələbəsidir. Müsəlman qadınlarının təmsilçisi türk gözəli Keriman çimərlik geyimində aramızdadır. Bu qızı qələbəmizin tacı hesab edəcəyik, onu gözəllik kraliçası seçəcəyik. Bu kraliçanın o və ya başqası olması önəmli deyil. Bu il biz gözəllik kraliçası seçmirik. Bu il biz xristianlığın qələbəsini qeyd edirik. Biz Avropanın qələbəsini qeyd edirik. Vaxtilə Fransada ifa olunan rəqsə müdaxilə edən Qanuni Süleymanın nəvəsi çimərlik paltarında və büstqalterdə qarşımızdadır. Özünü bizə oxşatmaq istəyir. Bizə yaraşan bu qızı da bəyəndik və müsəlmanların da gələcəyinin belə olacağı ümidi ilə türk gözəlini “Miss World” seçdik. Amma biz Avropanın qələbəsinə badə qaldıracağıq”.

 

Bu çıxış o qədər gündəm olub ki, hətta Avropa mətbuatı günlərlə “Osmanlı qızının son vəziyyəti” kimi xəbər başlıqları ilə ardı-arası kəsilməyən yazılar dərc edir.


Halbuki Keriman Xalis Ecedən əvvəl Beynəlxalq “Pulchritude” Yarışmasında Türkiyəni artıq 3 iştirakçı təmsil etmişdi. Lakin onlardan heç biri bu titulu qazana bilməmişdi. 


Bəs, əgər iddia edilən sözlər həqiqət idisə, bu niyə əvvəlki 3 ildə deyil, məhz 1932-ci ildə deyilib?


Türkiyə Cümhuriyyətinin 9-cu ilində bir türk qadınının “Dünya gözəli” seçilməsi gündəmdə olan mövzu idi.

 

İddiaların doğru olub-olmadığı daim müzakirə mövzusu olsa da, Keriman Xalis Ecenin əldə etdiyi uğur real idi.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR