Çəkisi 50 kq-dan çox olan sinəsinə görə bir milyon dollardan çox pul qazandı

Çəkisi 50 kq-dan çox olan sinəsinə görə bir milyon dollardan çox pul qazandı

Atlantada (ABŞ) yaşayan 66 yaşlı amerikalı Enni Hokins-Törner dünyanın ən böyük döşlərinə sahibdir. O, çəkisi 50 kq olan döşlərlə yaşamağın çətinliklərindən danışıb.


Sfera.az bildirir ki, Annie Hawkins-Turner, yaratdığı çətinliklərə baxmayaraq, döş kiçiltmək üçün plastik əməliyyatdan qəti şəkildə imtina edir.


Sosial şəbəkələrdə o, Norma Stitz təxəllüsü ilə tanınır. Norma fotolarına girişi sataraq 1 milyon dollardan çox qazana bilib.

 

Uşaqlıqdan bəri Enni döş toxumasının böyüməsi olan gigantomastiyadan əziyyət çəkib. Hazırda onun döşlərinin çəkisi 50 kq-dan çox, ölçüsü isə 106ZZZ olaraq qiymətləndirilir.

 

Məktəbdə Ennini incidir və ona gülürdülər. Universitetdə də hamının diqqətini çəkirdi və utandığından hər kəsdən qaçırdı. Qız hətta sevgilisinin yanlnda çılpaq qalmaqdan qorxurdu. 1990-cı illərdə onun döşləri dünyanın ən böyük döşləri kimi Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.


Enninin hərəkətinə kömək etmək üçün xüsusi avtomobil oturacağı və xüsusi hazırlanmış təhlükəsizlik kəməri var. Qadın pilləkənləri yalnız yan tərəfə qalxır və ya enir, əks halda sinəsinin ağırlığından yıxıla bilər. Ayaqlarına çatmaq və ayaqqabılarını geyinmək üçün döşlərindən birini yan tərəfə keçirməlidir. Yataqdan qalxmaq üçün isə qarnı üstünə yuvarlanmaq lazımdır.

 

"Həmişə kürəyimi və qollarımı qorumağa çalışıram. İnsanlar elə bilirlər ki, böyük döşlər çoxlu bel ağrılarına səbəb olur. İnanın ki, mənim üçün bu, daha çox ayaqlarıma aiddir. Amma buna baxmayaraq, nəhəng döşlərimin mənim üçün etdiklərinə görə çox minnətdaram. Bunun sayəsinsə iki ev, təhsilli uşaqlar və gözəl tətillər əldə edə bilmişəm”-deyə o  müsahibəsində bildirib.


Enni qeyd edib ki, hələ 1996-cı ildə Norma Stitz ləqəbi ilə onlayn səhifə yaradıb və 20 ildən artıqdır ki, bundan istifadə edir. O, böyük gəlir gətirən erotik məzmunlar yayımlayır. Bu "iş"in ilk ilində o, 50 min dollarını qazanıb. Vaxt keçdikcə qadının gəliri 1 milyon dolları keçdi və bu, ona ürəyi istədiyi kimi yaşamağa və dünyanı gəzməyə imkan verib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR