Dünyanın ən güclü ölkələri - REYTİNQ

Dünyanın ən güclü ölkələri - REYTİNQ

"Brand Finance"ın illik "Qlobal Soft Power" İndeksinə görə, ABŞ və Böyük Britaniya dünyanın ən güclü ölkələri olaraq qalır.


Sfera.az xəbər verir ki, bu indeksə görə, Çin beşinci yerdən üçüncü yerə yüksələrək Yaponiyanı (dördüncü yeri qoruyub saxlayıb) və Almaniyanı (üçüncü yerdən beşinci yerə enib) keçib.


"Brand Finance" dünyanın 100-dən çox ölkəsindən 170 000-dən çox respondentin rəyi əsasında "yumşaq gücləri" sıralayıb. 


Ötən il ilk onluğa daxil olan digər ölkələr öz mövqelərində qalıblar: Fransa, Kanada, İsveçrə, İtaliya, BƏƏ (müvafiq olaraq altıncı yerdən onuncu yerə enib). İspaniya 11-ci yerə yüksəlib, İsveç 12-ci yerə enib, Avstraliya və Hollandiya müvafiq olaraq 13 və 14-cü yerə yüksəlib, Cənubi Koreya 15-ci yerdə qalıb. 

 

Hazırkı reytinqdə Rusiya üç pillə geriləyərək 16-cı yeri tutub.

 

Beş il ərzində BƏƏ (səkkiz pillə), Səudiyyə Ərəbistanı (səkkiz pillə yüksələrək 18-ci yerə), Qətər (on pillə yuxarı qalxaraq 21-ci yerə) və Türkiyə (beş yer yuxarı) ən çox əhəmiyyətli artım göstəricilərinə malik olub.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR