Çinin xarici işlər naziri Moskva-Pekin münasibətlərindən DANIŞDI

Çinin xarici işlər naziri Moskva-Pekin münasibətlərindən DANIŞDI

“Çin-Rusiya münasibətlərini qorumaq və inkişaf etdirmək səyləri iki ölkə xalqlarının fundamental maraqları əsasında iki tərəfin etdiyi strateji seçimdir”.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi Çinin XIV Ümumçin Xalq Nümayəndələri Konqresinin ikinci sessiyası çərçivəsində keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, ikitərəfli qarşılıqlı siyasi etimad dərinləşməkdə davam edir.

 

“Çin lideri Si Cinpinin və Rusiya Prezidenti Vladimir Putinin strateji rəhbərliyi altında yeni dövrün astanasında dayanan hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətləri yüksək fəaliyyət səviyyəsini qoruyub saxlayıb", - Çinin baş diplomatı qeyd edib. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR