Varşava Seymi yaxınlığında fermerlərlə polis arasında toqquşma - Yaralananlar var
Bu gün Polşa paytaxtının mərkəzində genişmiqyaslı etiraza başlayan fermerlər Varşava Seymi yaxınlığında polislə toqquşub.
Sfera.az xəbər verir ki, ilkin məlumatlara görə, ilk insident baş nazir Donald Tuskun ofisinin qarşısında baş verib.
Bir çox fermerlər Ukrayna əleyhinə plakatlarla etiraza çıxıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə edib, parlament binasının yaxınlığındakı maneələr zədələnib. Polis onlarla etirazçının həbs edildiyini bildirir.
Maraqlıdır ki, Varşava meriyası bir neçə stasionar iclasın, xüsusən də parlamentin və baş nazirin ofisi qarşısında keçirilməsinə razılıq verib.
KİV-in məlumatına görə, etiraz edən fermerlər Seymin ərazilərinə soxulublar. Hadisə yerində yaralı polis əməkdaşları var. Bundan əvvəl bir qrup etirazçı daş maneləri sökərək polisə atmağa başlayıb. Əraziyə gözyaşardıcı qaz səpilib.
Hüquq-mühafizə orqanları əməkdaşları aksiyaların tərəfdarı olmadığını vurğulayıb.
Hadisələr necə başlayıb?
Varşavanı suya basan fermerlər küçələri və giriş yollarını bağlayıblar. Nowy Dwor Mazowieckidən paytaxtın mərkəzinə traktor sürmək istəyənlərin qarşısı polis tərəfindən alınıb. Jurnalistlərin məlumatına görə, fermerlər əllərində Ukrayna əleyhinə plakatlar gəzdiriblər.
Qeyd etdiyimiz kimi ilk insident baş nazir Donald Tuskun ofisinin qarşısında baş verib. Piket iştirakçıları:
"Fermer. Cəmi 20 il yaşadı. Yaşıl sövdələşmə tərəfindən öldürüldü" yazısı olan tabutu yandırıblar.
Tabut yandıqdan sonra etirazçılar polisə yanmış lövhələr atmağa başlayıblar.
Kansleriyanın binası qarşısında “AqroAbrams” yazısı olan ot bağlamalarından hazırlanmış çən maketini qoşquda aparan traktor yolu kəsib. Mərkəzin bir sıra digər ərazilərində fermerlər təkər və fişəng yandırırlar. Fişənglərin partlayış səsləri eşidilir. Kənd təsərrüfatı maşınlarının şəhərə girişinə qadağa qoyulsa da, artıq bir neçə traktor qadağanı pozub. Varşava Polis Baş İdarəsinin əməkdaşları traktorların və yavaş hərəkət edən maşınların şəhərə girişinin qadağan olduğunu xatırlatsa da, bunun da heç bir təsiri olmayıb. Onu da qeyd edək ki, son zamanlar Ukrayna qaçqınlarının Polşada etdikləri, kriminagen qruplar halında stabilliyin pozulması, qətllərin çoxalması və s. də Polşalıların Ukrayna əleyhinə etiraz dalğasının güclənməsinə səbəb olub.
Digər etiraz aksiyası yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 13:00) Seym binası yaxınlığında başlayıb. Təşkilatçılar Varşavada 100-150 min insanın etiraz aksiyası keçirəcəyini düşünürlər.
Etirazçıların tələbləri
Etiraz iştirakçıları əvvəllər olduğu kimi, Ukraynadan Polşaya ərzaq və digər kənd təsərrüfatı məhsullarının idxalına embarqo qoyulmasını, həmçinin 2050-ci ilə qədər karbon neytrallığına nail olmağı nəzərdə tutan Avropa İttifaqının Yaşıl Sövdələşmə proqramı çərçivəsində Polşanın imzasını geri götürməsini tələb edirlər.
Aksiyada fermerlərlə yanaşı, mədənçilər, yükdaşıyanlar, ovçular, meşəçilər və arıçılar da iştirak edirlər.
Eyni zamanda kəndlilər özləri də yolları bağlamağa başlayıblar. Varşava və Poznan arasındakı avtomobil yolu tamamilə bağlanıb. Yolun qarşısını ot bağlamaları alıb. Oxşar vəziyyət digər respublika əhəmiyyətli avtomobil yollarında da yaranır.
"Biz insanların həyatını çətinləşdirmək yox, diqqəti öz problemlərimizə cəlb etmək istəyirik. Biz burada Polşa kənd təsərrüfatı, həyatımız, vətənimiz üçün mübarizə aparırıq"- etirazçılar vurğulayırlar.
Fermerlərin etirazına mədənçilər də qoşulub.
"Yaşıl Sövdələşmə ilə iqtisadiyyatımızı öldürmək istəyirlər. Bu gün onlar iqtisadiyyatı bizdən almaq istəyirlər, ona görə ki, Avropa solçuları planeti qorumaq qərarına gəliblər”-deyə Brüsselin ekoloji təşəbbüslərindən narazı olan mədənçilər həmkarlar ittifaqının nümayəndələri bildiriblər.
Xanım
Sfera.az