İsveç martın 7-də NATO-nun tam üzvü ola bilər

İsveç martın 7-də NATO-nun tam üzvü ola bilər.
Sfera.az xəbər verir ki, bu barədə İsveçin “Dagens Nyheter” qəzeti mənbələrə istinadən məlumat yayıb .
“Macarıstanın İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu cümə axşamı ABŞ-yə təhvil verəcəyi gözlənilir"- , mənbələr DN-ə bildiriblər.
"Baş nazir Kristersson və xarici işlər naziri Billström çərşənbə günü Vaşinqtona səfər edəcək. Bu o deməkdir ki, İsveç sabah (7 mart) alyansın tamhüquqlu üzvü ola bilər”, - nəşr yazıb.
Bundan əvvəl İsveçin martın 11-də rəsmi olaraq Şimali Atlantika Alyansına üzv olacağı bildirilirdi.
Nəşrin məlumatına görə, İsveçin NATO-ya qəbulu ilə bağlı imzalanma mərasimində ölkənin baş naziri Ulf Kristersson və İsveç Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mikael Büden iştirak edəcəklər .
Əzizə