Çinin əhalisi son 70 ildə ilk dəfə AZALDI - YENİ RƏQƏMLƏR

Çinin əhalisi son 70 ildə ilk dəfə AZALDI - YENİ RƏQƏMLƏR

2024-cü ildən başlayaraq dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən demoqrafik dəyişikliklər baş verib.


Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

 

“Dünyada ilk dəfə olaraq 50 yaşdan yuxarın insanların sayı 14 yaşına qədər olan uşaqlarını sayını keçib və bu fərq getdikcə sürətlə artacaq. Bundan başqa, dünya əhalisinin sayı 8 mlrd nəfərə çatıb. İlk dəfə olaraq Hindistanın əhali sayı Çin əhalisinin sayını ötüb. 1950-ci ildən etibarən ilk dəfə olaraq Çinin əhalisi azalmağa başlayıb. Bütün bu dəyişikliklər isə istehlakın strukturuna ciddi təsir göstərəcək”.


Deputat qeyd edib ki, 2000-ci ilə qədər istehlakda qlobal orta sinif, əsasən, “qərblilər” idisə, 2030-cu ildən sonra üstünlük “şərqlilər”ə keçəcək. 

 

“Bu isə Asiyanı həm əhalinin sayına görə, həm də xərclərin həcminə görə dünyanın ən böyük istehlak bazarına çevirəcək. Asiyalıların istehlakının artımı dünya iqtisadiyyatının əsas lokomotivlərindən biri olacaq. Bu reallıqlar və perspektivlər çərçivəsində Azərbaycanın Orta Asiyanı əhatə edən Türk Dünyası ilə iqtisadi əlaqələrinin inkişafı, Çinlə ticarət əlaqələrinin dərinləşməsi, Asiyaya gedən nəqliyyat koridoruna sahib olması ölkəmiz üçün mühüm perspektivlər vəd edir. Bu imkanlardan maksimum faydalanmaq lazımdır”. 

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR