Problemi həll edildi - ”Meta” problemin yaranma səbəblərinə açıqlama verdi

Problemi həll edildi - ”Meta” problemin yaranma səbəblərinə açıqlama verdi

“Instagram” və “Facebook”da yaranan texniki problemlər artıq aradan qaldırılıb. “Meta” şirkəti xüsusilə “Facebook”da yaranmış nasazlığı texniki problemlərlə izah edib.


Şirkət bu gün texniki problemlər səbəbindən istifadəçilərin bəzi xidmətlərə daxil olmaqda çətinlik çəkdiyini təsdiqləyib. 

 

Sfera.az bildirir ki, bu barədə “Meta”nın nümayəndəsi Endi Stoun X mikrobloqlar xidmətindəki qeydində bildirib.

 

O qeyd edib ki, bu gün texniki maneələr səbəbindən istifadəçilər şirkətin bəzi xidmətlərindən istifadə etməkdə çətinlik çəkirlər. Onun sözlərinə görə, problem yaşayan hər kəs üçün texniki problemləri mümkün qədər tez həll etməyə çalışıblar.

 

"Yaranmış problemin səbəb olduğu hər hansı narahatlığa görə üzr istəyirik" - deyə Stoun bildirib.

 

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə təqribən 19:30 radələrində “Facebook” və “Instagram” çöküb. 

 

“Facebook” və “Instagram”da kütləvi fasilə yaranıb. Qəza və şikayət detektoru “DownDetector”un məlumatına görə, Youtube, X (Twitter), Google və digər xidmətlərin istifadəçiləri də bəzi problemlərlə üzləşiblər.


“Threads” sosial şəbəkəsi isə demək olar ki, tamamilə sıradan çıxıb. Tətbiqi açarkən "Bağışlayın, nəsə səhv oldu. Yenidən cəhd edin" xəta mesajı göstərilib. Buna baxmayaraq, “Meta”ya məxsus olan WhatsApp messencerində heç bir problem yaşanmayıb,tətbiq normal qaydada işləyib. 

 

“Telegram” messencerinin təsisçisi Pavel Durov “Instagram” və “Facebook” sosial şəbəkələrində  baş vermiş uğursuzluğu şərh edib. Onun sözlərinə görə, bu sosial şəbəkələrin işləməməsinə görə milyonlarla insan “Telegram”dan istifadə edib. Durov həmçinin bildirib ki, ötən il “Telegram”da ilin 525 600 dəqiqəsindən cəmi 9 dəqiqəsi problemli olub.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Belə məğlub olmağa layiq deyildik - Qurbanov

Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik.   Sfera.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçis...

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) X hesabında Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera....

Ölkənin baş iqtisadçısı sosial şəbəkədə Si Cin Pini tənqid etdikdən sonra yoxa çıxıb

Çində hökumətin beyin mərkəzinin aparıcı çinli iqtisadçısı yoxa çıxıb. Sfera.az bildirir ki, hökumətin analitik mərkəzinin eksperti Zhu Hengpeng “WeC...

Ədviyyatları seçərkən bunlara diqqət edin - Mixək, zəfəran...

Mağazalarda satılan ədviyyatları seçərkən bir qədər ehtiyatlı olmaq lazımdır. Bütün ədviyyatlar insan üçün tamamilə zərərsiz və ya faydalı ola bilməz.  ...

Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov Azərbaycan Respublikası Hərbi Prokurorlu...

“Qarabağ” “Tottenhem”ə məğlub oldu - YENİLƏNDİ

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayır.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi yeni formatda keçirilən yar...