""Sergey Kotov"la birgə döyüş helikopteri də batıb" – Ukraynalı hərbçi

“Bu gecə Ukrayna pilotsuz təyyarələri tərəfindən məhv edilən Rusiya Qara Dəniz Donanmasının "Sergey Kotov" gəmisinin göyərtəsində döyüş helikopteri də olmalı idi”. 


Sfera.az xəbər verir ki, bu barədə telemarafonda Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəsmisi Dmitri Pletençuk məlumat verib. 


Pletençuk bildirib ki, gəmi heyətinin itkiləri də çox olub. Onun iddiasına görə suyun soyuq olması səbəbindən gəminin batmasından sonra dənizə düşən gəmi heyətinin əksər üzvləri ölüb:

 

“Heyət üzvlərinin əksəriyyətinin xilas edildiyini deyə bilmərəm. Çox güman ki, orada itkilər kifayət qədər çox olub. Bu məlumat dəqiqləşdirilir".


Ukrayna ordusunun rəsmisi Rusiyanın “Sergey Kotov” patrul gəmisindən istifadə edərək dəfələrlə hücum həyata keçirdiyini də söyləyib: “Xüsusən bir vaxtlar Zmeynı adasına hücumlar üçün bu gəmidən istifadə edilib”. 


Vasif


OXŞAR XƏBƏRLƏR