Lukaşenko mümkün müharibə şəraiti ilə bağlı FƏRMAN İMZALADI

Lukaşenko mümkün müharibə şəraiti ilə bağlı FƏRMAN İMZALADI

Belarus Prezidenti Aleksandr Lukaşenko “Dövlət orqanlarının və digər təşkilatların müharibə şəraitində işləməsi haqqında” fərman imzalayıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə "BelTa" məlumat yayıb.


Fərman müharibə dövründə dövlət idarələrinin işini əlaqələndirəcək. 

 

Fərman onun aid olduğu dövlət orqanlarının, o cümlədən ÜmumBelarus Xalq Məclisi, Milli Məclisin palataları, Konstitusiya və Ali Məhkəmələrin dairəsini müəyyən edir.

 

“Fərmanın qəbulu hərbi təhlükənin və müharibənin gücləndiyi dövrdə dövlət aparatının koordinasiyalı və fasiləsiz fəaliyyətini təmin edəcək”, - məlumatda bildirilib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR