Gənc qız təsadüfən 77 qardaş və bacısı olduğunu öyrəndi - FOTOLAR

Gənc qız təsadüfən 77 qardaş və bacısı olduğunu öyrəndi - FOTOLAR

ABŞ-ın Ohayo ştatından olan 26 yaşlı Şina (Sheena) Holland-Dolan ailə sirrini açıb. Qız bütün həyatı boyu qardaşının olmadığını düşünürdü, amma həqiqət fərqli olub.

Sfera.az bildirir ki, Şinanın 20 yaşı tamam olanda anası və atası uzun müddət uşaq sahibi ola bilmədiklərinə görə sperma donorunun xidmətindən istifadə etməyə məcbur olduqlarını deyiblər.


İndi 26 yaşlı Şina hər dəfə yeni bacı-qardaşları ilə tanış olanda onlarda oxşar xüsusiyyətlər axtarır.
 

Prosedurun aparıldığı klinikanın işçiləri valideynlərə gələcəkdə qızlarına bioloji atası haqqında danışmamağı xahiş etsələr də, cütlük səssiz qala bilməyib.

Holland-Dolan keçirdiyi hissləri xatırlayır:


"Bunun şok olduğunu deyə də bilərəm, deməyə də. Sadəcə, məəttəl qaldım, həm də çox sevindim".
 

Qız genetik qohumlarının olub-olmadığını öyrənmək istəyib və məlumat üçün ixtisaslaşmış 23andme saytına müraciət edib. Orada Şina eyni donordan hamilə qalan 47-ci uşaq olduğunu öyrənib.
 

"İndi artıq 78 nəfərik və mən əminəm ki, hələ də tapılmayan çoxları var".
 

O əlavə edib ki, hər dəfə yeni qardaş və ya bacı ilə tanış olanda eyni oxşar xüsusiyyətləri diqqətini çəkir: yanaqdakı qəmzələr və ya eyni yumor hissi.

Şina qardaş və bacılarını tapdığına görə ürəkdən sevinir. Onlar tez-tez görüşür və birlikdə vaxt keçirirlər. Bununla belə, o hesab edir ki, donorluq mövzusu diqqətlə gizli saxlanılmalıdır.


"Bu, məni bir az narahat edir. Əgər donor vasitəsilə doğulan övladlarınız varsa, onlar potensial partnyor, sevgili, həyat yoldaşı seçərkən çox diqqətli olmalı olacaqlar. Kim bilir, mənim daha neçə qan qohumum var. Hələ ki, onlar haqqında heç nə məlum deyil".

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...