Tusk yenidən baş nazir olacaq

Tusk yenidən baş nazir olacaq

Polşa parlamentində yetəri qədər səs ala bilməyən Mateuş Moravetski hökuməti iqtidardan düşüb.

 

Sfera.az xəbər verir ki, iki həftə əvvəl qurulan Moravetski hökuməti etimad səsverməsi üçün tələb olunan 231 deputatın dəstəyini ala bilməyib.

 

Moravetski hökuməti süqut etdikdən sonra yeni hökuməti müəyyən etmək növbəsi Vətəndaşlar Koalisiyasının lideri Donald Tuska həvalə edilib.

 

Keçirilən səsvermədə Tusk yetəri qədər səs toplayaraq ölkənin yeni baş naziri seçilib.

 

Tuskun rəhbərlik etdiyi hökumətin sabah parlamentdən etimad səsi alacaq.

 

Xatırladaq ki, Tusk 2007-2014-cü illərdə Polşanın baş naziri olub.

 

Vasif


OXŞAR XƏBƏRLƏR