“Geri addım atmaq səhv olar” - Giorgia Meloni

Dünya
11:14 / 12.12.2023
4842
İtaliyanın Baş naziri Giorgia Meloni Ukraynaya dəstəyin davam etməli olduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, Baş nazir Ukraynaya dəstəyin dayandırılmamasının vacibliyini vurğulayıb:
“Ukrayadakı müharibə ilə bağlı xalqın yorğunluğunun fərqindəyik. Ancaq geri çəkilmək səhv olar. Bu münaqişənin həllinin əsas yolu Ukraynanın rəqabətədavamlı olmasına imkan yaratmaqdır"
Giorgia Meloni bildirib ki, meydanda qüvvələr arasında tarazlıq olmadığına görə həll yolu üçün masa arxasında oturmağın mənası yoxdur.
Ülkər