Adi zarafat sayəsində 11 yaşlı kimsəsiz bir qız ailə tapdı

Adi zarafat sayəsində 11 yaşlı kimsəsiz bir qız ailə tapdı

ABŞ-ın Kentukki ştatından olan Raven Whitaker adlı kimsəsiz qız məktəbdə baş verən gülməli hadisə sayəsində övladlığa götürülüb. Bu, onun 11 yaşı olanda baş verib.
 

Sfera.az bildirir ki, qız artıq yetkinlik yaşına çatıb və həyatını kökündən dəyişdirən bu hekayəni hər kəslə bölüşür.
 

Raven deyir ki, əlində olan hər şeyi övladlığa götürən valideynlərinə borcludur. Onu çox seviblər və öz arzularını həyatını keçirmək üçün ona hər cür şərait yaradıblar.
 

"Bir gün, 11 yaşım olanda, məktəbin bufetində hot-doqları yerə atıb, dalaşdırırdım. Bu, çox əyləncəli idi, amma işçilər əsəbiləşərək məni direktorun yanına göndərdilər"- 18 yaşlı qız xatırlayır.
 

Ravenin dediyinə görə, direktor Ceyson Smit ilk baxışdan çox ciddi görünüb və baş verənlədən çox qəzəblənib.


"Əvvəlcə oturmağımı istədi, sonra məndən soruşdu ki, ailəmlə restoranda belə bir şey edə bilərəmmi? Cavab verdim ki, mən uşaq evində böyümüşəm və ailəm yoxdur. O, çox təsirləndi".
 

Maraqlı hadisədən ertəsi gün direktor ona zəng edərək gözlənilməz təklif edib. Məlum olub ki, onun və həyat yoldaşının öz uşaqları olmadığından övladlığa götürmək barədə həmişə ciddi fikirləşiblər.


"Beləliklə, adi zarafat sayəsində bir ailə tapdım. Anam və atam məni hər gün ruhlandırır və mənə həyatda hər şansdan istifadə etməyi öyrədirlər. Onlar məni ailələrinə qəbul etdilər, mənə sevgi və perspektiv verdilər. Sahib olduğum hər şeyi onlara borcluyam”.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR