Wuhan laboratoriyasından sızma nəzəriyyəsi ən çox ehtimal olunan ssenariyə necə çevrildi ?

Wuhan laboratoriyasından sızma nəzəriyyəsi ən çox ehtimal olunan ssenariyə necə çevrildi ?

Bir vaxtlar ksenofobik Tramp hiperbolası kimi təhqir edilən şey indi ABŞ dövlət qurumlarının ən çox iddia etdiyi ssenariyə çevrilib.
 

Görünür, informasiya da bir virus kimi təkamül edə bilir.


Təbii, yoxsa süni? Elmi fakt yoxsa sui-qəsd nəzəriyyəsi? Xəstəlik mutasiyası və ya laboratoriya sızması? Üçüncü ilin tamamında Covid-in mənşəyi ilə bağlı hər iki əsas nəzəriyyə, dünyada 6,8 milyondan çox insanın ölümünə səbəb olan pandemiya əslində necə yayılıb?
 

Həmin dövrdə başqa bir viral transformasiya baş vermişdi- Wuhandakı bir laboratoriyadan sızma ilə başladığı ehtimal edilən xəstəliyin əslində kənardan müəssisəyə keçməsi iddiaları. Bir vaxtlar Sars-CoV-2-nin yarasaların tədqiq edildiyi Çin dövlət obyektlərindən çıxması ideyasının mahiyyətini araşdırmaq indi dövlət xadimləri tərəfindən qəbul edilən şam yeməyi söhbətinin mövzusudur. Üç il ərzində, bir vaxtlar monolit elmi təkzib kimi görünən laboratoriya sızmasını rədd edən şey mübahisələrə yol açırdı
 

Virus, təbii yayılma ssenarisində növdən növə keçdiyi kimi, laboratoriya sızması nəzəriyyəsi də siyasi qrupdan qrupa keçdi. Marjinallaşdırılaraq əsas cərəyana, adi hala çevrildi. Pandemiyanın əvvəlində virusun Huanan yaş bazarından 40 dəqiqəlik məsafədə yerləşən laboratoriyada yarandığı fərziyəsi ortaya atıldı. Donald Trump, buna inandığını və digərləri də virusun bioloji silah kimi hazırlana biləcəyininin mümkünlüyünü bildirdi. “Lancet” tibb jurnalı bu nəzəriyyəni rədd edərək, bunun iqlim dəyişikliyinin inkarı və anti-vaxx nəzəriyyələri ilə bərabər olduğunu söylədi. Çin alimləri ilə həmrəy olduqlarını bildirən və 27 alimin imzaladığı bəyanatda deyilirdk:
 

“Biz Covid-19-un təbii mənşəyə malik olmadığını irəli sürən sui-qəsd nəzəriyyələrini şiddətlə qınamaq üçün birlikdəyik."
 

Bəzi elm adamları papaqlarını qabağına qoyub fikirləşdilər, nəzəriyyənin əsaslı olma ehtimalını nəzərdən keçirdilər, lakin uzun müddət azlıqda qaldılar.
 

İndi isə bir vaxtlar ksenofobik Tramp hiperboliyası kimi lağ-lağı olunan şey bu gün Co Bayden administrasiyasındakı ABŞ dövlət qurumlarının, o cümlədən FBİ-nin əsas qənaətidir. Görünür, informasiya da inkişaf edə bilir. Bəs bu necə baş verdi?


Bu, şübhəsiz ki, bir səyahət idi. 18 aprel 2020-ci ildə prezident Donald Tramp mətbuat konfransında ayağa qalxaraq “Çin virusunun” Wuhandakı yüksək səviyyəli təhlükəsizlik biolaboratoriyasından çıxdığını bəyan etdikdə , o, həmçinin vaksinasiyanın optimal variant olduğunu iddia edirdi. İnformasiya mənbələrini açıqlamaq tələb olunduqda, Tramp etiraz edərək: “Bunu sizə deyə bilmərəm, deməyə icazəm yoxdur”-demişdi.
 

Ancaq onun məlumatı, Covid-in bir növ heyvandan insana sıçrayışı ilə tamamilə uyğun olduğunu söyləyərək, bu fikri dərhal rədd edən Amerikanın ən yaxşı yoluxucu xəstəliklər mütəxəssisi Entoni Faucidən gəlməyib. Fauci, bir ay əvvəl nəşr olunan və “The Lancet”in bəyanatından bir neçə həftə sonra ortaya çıxan Covid-in Təbiətdəki DNT-sinin əsaslı təhlili fikrini əks etdirirdi.
 

Trampın mətbuat konfransından on iki həftədən az bir müddət sonra Amerikanın Milli Kəşfiyyat Direktoru Ofisi son dərəcə qeyri-adi bir bəyanat yayaraq qeyd etdi ki, “Kəşfiyyat Birliyi də Covid-19 virusunun insan tərəfindən və ya genetik olaraq törədilmədiyinə dair geniş elmi konsensusla razılaşır. Bu, Trampı və laboratoriya sui-qəsdçiləri ilə, düzgün düşünən insanları qarşı-qarşıya qoydu.
 

Tramp və Fauci arasında pandemiyanın mənbəyi ilə bağlı fikir ayrılığı var idi.

 

Ancaq bir ildən çox müddət sonra ssenari dəyişdi. 21 may 2021-ci ildə Prezident Co Bayden iki aparıcı Covid mənşəli nəzəriyyənin kəşfiyyat araşdırmasını əmr etdi. Bu dəfə Fauci mühakimə etməkdə daha az tələsdi: "Mən tamamilə açıq fikirdəyəm ki, başqa mənşəli ola bilər" deyə o bildirib. "Bu, laboratoriya sızması ola bilərdi." Dövlət qurumları birdən-birə mövqe dəyişib. Amerikanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin direktoru Rochelle Walensky, laboratoriya nəzəriyyəsini "bir fürsət" olaraq xarakterizə etdi. İndi görkəmli elm adamlarının, o cümlədən Wuhan laboratoriyasının direktoru Şi Zhengli ilə yaxından işləyən birinin açıq məktubları həm təbii, həm də laboratoriya yayılmalarına dair fərziyyələri ciddi qəbul etməyo tələb edir.


Demək olar ki, əminlik var idi. Məsələn, bir il əvvəl britaniyalı elm adamları Trampın bu iddialara cavab verməsini istədi. Sasseks Universitetində doktor Coşua Mun qeyd edib ki, bu iddia tamamilə yanlışdır.
 

London Gigiyena və Tropik Tibb Məktəbinin professoru Brendan Wren qeyd edib ki, virusun təbii olaraq mutasiyaya uğraması ümumiyyətlə qəbul edilməzdir. Pandemiyalar təbii olaraq baş verir və sui-qəsd nəzəriyyəsinə müraciət etmək lazım deyil.
Sauthempton Universitetində doktor Michael Head isə:
 

“Yüksək ixtisaslı şəxslər üçün təkzib edilmiş sui-qəsd nəzəriyyələrini təkrarlamaq faydasızdır, çünki bu, ictimai sağlamlıq reaksiyasını pozur"-deyə bildirib.
Warwick Tibb Məktəbinin professorj Lawrence Young:
 

“Bir çox dəlil virusun yarasada təkamül etdiyini və sonra laboratoriyadan deyil, təsadüfən insanlara yayıldığını göstərir. Ancaq əks nəzəriyyələr var…” -deyib.
 

O, hətta 2021-ci ilin may ayında yenicə pozulmuş hesabata da toxundu, Wuhan laboratoriyasındakı üç işçinin 2019-cu ilin noyabrında xəstəxanaya yerləşdirildiyini, o vaxta qədər sui-qəsd nəzəriyyəçiləri üçün sıfıra endirildiyini söyləyib.
 

Məhz 12 Noyabr 2019-cu ildə ABŞ Senatının Hesabatının daha sonra yekunlaşacağına görə, Wuhan laboratoriya işçiləri bioloji təhlükəsizlik pozuntusu barədə məlumat verdilər. Bir həftə sonra, Çin Elmlər Akademiyasının texnologiya təhlükəsizliyi və təhlükəsizlik direktoru Ji Changzheng tərəfindən mürəkkəb vəziyyəti həll etmək üçün obyektə təcili səfər edildi. Bir neçə həftə sonra qonşu şəhərdə sirli bir tənəffüs yoluxucu xəstəlik hallarının yayıldığı bildirildi. Pandemiyanın əvvəlində fikrində şübhələr olanlar üçün hər şey birləşdi.
 

Ancaq ortaya çıxan konsensusa qarşı mübarizə apardılar və məğlub oldular. Wuhanın işlərin çoxluğunun insanlara növ sıçraması üçün yetişmiş canlı heyvanlarla dolu bazarı ətrafında yaranması elm adamları üçün ən cəlbedici görünürdü. Mart ayında "Nature" jurnalının nüfuzlu bir məqaləsi çıxdı ki, bu da hadisələri təsdiqləyirdi.
 

Wuhandakı Huanan dəniz məhsulları topdansatış bazarının əvvəlcə epidemiya mənbəyi olduğuna inanılırdı.
 

Maraqlıdır ki, bu son deyildi. Lancet qrupunun məktubunun Wuhan laboratoriyasında iş aparan EcoHealth Alliancenın prezidenti Peter Daszak tərəfindən tərtib edildiyi ortaya çıxdı. Nəşr edildikdən bir il sonra Nature qəzetini imzalayanlardan biri İan Lipkin etiraf etdi ki, o, laboratoriyalarda həkim Şinin adı olan təhlükəli tədqiqatları öyrənərək fikrini dəyişib. Jurnalist Donald McNeilə “Mənim fikrim dəyişdi”-deyib.
 

Əlbətdə ki, onun yeni rəyi ÜST-nin 2021-ci ilin fevral ayından etibarən yenicə dərc edilmiş hesabatının qarşısında dayanırdı və burada laboratoriya sızması nəzəriyyəsinin aşağı ehtimal olduğunu qeyd etdi. Lakin o vaxta qədər o da rəsmi nəticələrə şübhə ilə yanaşmırdı. Həqiqətən də, bir çoxları üçün ÜST-nin tamamilə Çinin nəzarəti altında olan səfərindən belə əsaslı nəticələr çıxarması ağ eləməyə bərabər idi və özlüyündə şübhəli idi. Bayden administrasiyası hesabatla bağlı dərin narahatlıq keçirdiyini söyləmişdi. Alimlər isə ÜST-ə göndərdikləri məktubda yeni, tam və məhdudiyyətsiz araşdırmaya çağırıblar. Bayden kəşfiyyat araşdırmasını açıqladı, sonra isə heç nə…
 

Ancaq mübahisə mövzusu dəyişdi. Laboratoriya sızması nəzəriyyəsi artıq bir vaxtlar təsvir edildiyi kimi dəlilik əlaməti deyildi. Şübhəsiz ki, mübahisələr çox vaxt partizan xəttində davam edirdi. 2022-ci ilin əvvəlində heyvanlardan yoluxça nəzəriyyəsi Wuhan bazarını pandemiyanın "episentri" olaraq görülür və hətta “The New York Times” tərəfindən tez-tez bu tipli xəbərlər tirajlanırdı. Altı ay sonra, respublikaçılar koronavirusun çox güman ki mənşəyinin tədqiqatla əlaqəli bir hadisə olduğunu qeyd edən bir hesabat yayımladı. İndi Amerikada laboratoriyalar şəbəkəsinə nəzarət edən Enerji Departamenti Covid-19-un laboratoriyada yarandığı qənaətinə gəlib.
 

Başqaları kimi bu da əmin versiya ola bilməz. Onun nəticəsi aşağı inamla verilir.
 

Qlazqo Universitetinin Virus Tədqiqatları Mərkəzindən professor David Robertson bunları belə təsvir edir:
 

“Elm bu cür işləyir: biz çox xoşbəxtik, sübutlardan asılı olaraq fikrimizi dəyişirik. Bizim etdiyimiz sözün əsl mənasında budur."
 

Öz növbəsində, o qeyd edir ki, indi dəlillər xəstəliyin sızdırılma ehtimalını həmişəkindən daha güclü göstərir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR