Logo

Əsir düşərgələrində istismar edilmiş qadın, homoseksuallar və əsirlər haqqında FAKTLAR

Əsir düşərgələrində istismar edilmiş qadın, homoseksuallar və əsirlər haqqında FAKTLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

1930-cu illərdə nasist Almaniyasının SS zabitləri məxfi məlumatların əldə edilməsi, informasiya təminatı, 3-cü Reyx rejimi haqqında formalaşan fikirlərin öyrənilməsi üçün bütün mümkün variantlardan istifadə ediblər. Hətta bununla bağlı yüksəkçinli məmurlar, fahişələr, digər qadınlardan da yararlanmağı bacarıblar. SS “Salon Kitty” adı altında fəaliyyət göstərən fahişəxananı da öz məqsədləri üçün istifadə etmişdir. Xüsusi hazırlanmış fahişələr buraya tez-tez gələn xarici diplomatlardan müxtəlif informasiyalar əldə edirdilər. Zirzəmiyə quraşdırılmış səs qurğuları, ötürmə cihazları vasitəsilə bütün informasiyalara nəzarət etmək mümkün idi. Bu barədə müxtəlif sənədli faktlarla yanaşı, bir çox filmlər də çəkilmişdi. Ən məşhuru “Salon Kitty” filmidir.

Sfera.az bu dəfə İkinci Dünya Müharibəsində Alman əsir düşərgələrində xüsusi məqsədlər üçün yaradılmış fahişəxanalar, istismar edilmiş qadın, homoseksuallar və əsirlər haqqında bilmədiyiniz məlumatları sizə təqdim edir.

İkinci Dünya Müharibəsində faşist Almaniyası əsirləri əməkdaşlığa cəlb etmək və onlarda buna həvəs yaratmaq üçün düşərgələrdə fahişəxanalar qurmağa başladı. Bu fahişəxanalardan ilk vaxtlarda daha çox əsirlərə nəzarət edən hərbçi, nəzarətçilər və cəza müddətini düşərgədə çəkən məhbuslar istifadə edirdi. Çünki əsirlər qara qəpiksiz, aclıqdan halsızlaşmış və arıqlamış, amansız işgəncələrdən demək olar ki, ölü vəziyyətinə düşmüşdülər. Nisbətən dözümlü və yaxşı vəziyyətdə olan əsirlər isə SS-nin yeni cəza sxemlərinə məruz qalmaqdan ehtiyat etdikləri üçün fahişəxanalardan istifadə etmirdilər. Buna görə də, düşərgə fahişəxanalarının fəaliyyəti əsirlərin nə əmək məhsuldarlığına, nə də nəzərdə tutulan əməkdaşlığında heç bir nəzərəçarpacaq artım yaratmırdı.

Bu fahişəxanalarda işləməyə məcbur edilən qadınlar əsasən Ravensbrück əsir düşərgəsindən gətirilmişdilər. Bəziləri isə əsirlərə nəzarət edən Auşvitsin öz əsirləri arasından seçdikləri idi.

Üçüncü Reyx dövründən İkinci Dünya Müharibəsinə qədər müddətdə, Alman hərbi fahişəxanaları da daxil olmaqla ən azı 34,140 qadın əsir fahişəlik etməyə məcbur edilmişdi.

Düşərgə fahişəxanaları adətən tikanlı məftillə əhatə olunmuş kazarmalar şəklində tikilirdi. 20-yə qədər qadın əsir üçün kiçik otaqlar var idi. Onlar qadın nəzarətçi (Aufseherin) tərəfindən idarə olunurdu.

Seks işçiləri yorğunluq və xəstəlik səbəbindən tez-tez dəyişdirilir və adətən sonradan ölümə göndərilirdilər. Fahişəxanalar ancaq axşamlar işləyirdi. Heç bir yəhudi kişiyə fahişə xidməti göstərilməsinə icazə verilmirdi. Müştəri sırasına girişi olanlar əvcəlcədən qeydiyyatdan keçməli və müəyyən edilmiş cədvəl əsasında 20 dəqiqəlik “xidmət” üçün iki reyxsmark pul ödəməli idilər. Fahişələr müştərilərin yanında ikən onları bir SS təhkimli işçi müşaiyət edirdi.

Fahişələr çəhrayı üçbucaq nişanı taxırdı, müntəzəm olaraq yaşıl üçbucaqlı cəza çəkən məhbuslar tərəfindən qısnamalara, sıxışdırmaqlara məruz qalırdı. Bir qədər mübahisəli mövzu da olsa, bəzi fahişəxanalarda qadınların sinələrində “Feld-Hure” (Sahə fahişəsi) yazılı döymələrin olmasına dair sübutlar var. Fahişələr məcburi sterilizasiyaya göndərilir, abort, bəzən isə məcburi süni doğuş etdirilirdilər ki, bu da çox vaxt ölümlə nəticələnirdi.

Sağ qalanlar isə 3-4 gün sonra yenidən fəaliyyət göstərməyə məcbur edilirdi. Düşərgə fahişəliyi mövzusu sağ qalanların xatirələrində çox dəhşətli və psixi travma yaradan faktlarla qalmışdı.

Bəzən SS-təhkimçiləri əsir qadınlara daha yaxşı rəftar və ya qeyri-müəyyən cəza müddətinin azaldılmasını vəd edərək seks işçisi olmağa sövq edirdilər. Bu, bəzən digər qadın əsirlərin qəzəbinə və ya paxıllığına səbəb olurdu. Rusiya düşərgəsinin məhbusu Nina Mixaylovna öz xatirələrində deyir: “Bizim məhəlləmizdə bir qızın seçildiyini biləndə onu tutub üstünə ədyal atdıq və onu ölümcül döydük. Qızcığaz yerindən tərpənməkdə çətinlik çəkirdi. Sağalıb-sağalmayacağı bəlli deyildi. Onlar sadəcə daha yaxşı yaşamaq istəyirdilər və biz onları bu şəkildə cəzalandırırdıq”.

Bu faktlar 1972-ci ildə Heinz Hegerin bu barədə yazılan kitabının ilk nəşri çapdan çıxana qədər ən çox müzakirələri davam edən mövzu olmuşdur .
Heinz Heger homoseksuallığına görə həbs edilmiş, nasist düşərgəsindən sağ çıxmağı bacarmış Josef Kohoutun (1915 -1994) ləqəbi idi.

1990-cı illərin ortalarında tədqiqatçıların yeni nəşrləri ilə sakitliyi pozan, ikinci müzakirə mərhələsinə “start” verilən faktlar nasizm tədqiqatlarının aktual mövzusu olaraq qalırdı.

Homoseksual məhbuslar

Düşərgə fahişəxanalarındakı qadınlardan əsirləri idarə etmək, əməkdaşlığa təşviq etmək, iğtişaşların və qaçışların qarşısını almaq üçün bir vasitə kimi istifadə edilirdisə, homoseksuallar da "qarşı cinsin sevinclərini" öyrətmək üçün bir təcrübə mexanizmi idi. Həm də fahişələrlə homoseksuallar paralel eksperiment nümunəsi idi; bir növ fahişələr homoseksuallığın "terapiya"sı olmuşdu. Belə ki, Heger iddiasına görə, Himmler bütün homoseksualların həmcinslərə qarşı istəklərini müalicə etmək üçün həftədə bir dəfə düşərgə fahişəxanasına məcburi səfər etmələrini əmr etmişdi.

Alman əsir düşərgə fahişəxanaları bu günə qədər müharibə dəhşətlərini, insan haqlarının pozulmasını, qadın istismarını bütün çılpaqlığı ilə özündə əks etdirən tarixi “səhnədir”.

Buna görə də bir çox film, kitab və romanların əsas mövzusu olmuşdur.

1970-ci illərdə çəkilmiş “İlsa”, “SS-nin canavarı”, “Üçüncü Reyxin Son Orgiyası”, “Sevgi Düşərgəsi 7”, “SS Təcrübə Düşərgəsi” və “Nasist Sevgi Düşərgəsi” kimi filmlərdə yenidən canlandırılıb.

Mövzu ilə bağlı İsrail bədii ədəbiyyatında yazıçı Yehiel De-Nur təxəllüsü K.Tzetnikin “Kuklalar evi” və “Stalaq” kitabını da misal göstərmək olar.

Çex yazıçısı Arnoşt Lustiq İkinci Dünya Müharibəsi zamanı bu fahişəxanaların birində xidmət göstərməyə məcbur edilən 15 yaşlı yəhudi qızın hekayəsindən bəhs edən “Sevimli Yaşıl Gözlər”romanını yazıb.

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR