Bolqarıstanda böhran: Nazirlər istefa verdilər

Bolqarıstanda böhran: Nazirlər istefa verdilər

Bolqarıstanın "Belə bir xalq var” populist partiyasından olan energetika naziri Aleksandr Nikolov və xarici işlər naziri Teodora Gençevskaya bazar ertəsi istefa veriblər.

 

Sfera.az xəbər verir ki, bu barədə "Novinite” nəşri yazıb.

 

Bu istefalardan əvvəl "Belə bir xalq var” partiyasının nazirləri Qrozdan Karadjov (Regional İnkişaf və Təkmilləşmə Nazirliyi) və Radostin Vasilyev (İdman Nazirliyi) istefa veriblər. Onlar Slavi Trifonovun öz partiyasını hakim koalisiyadan çıxarmaq qərarının nəticəsi olaraq bu addımı atıblar.

 

"Nazir Nikolovun hökumətdən istefa verməsinin səbəbləri sırf siyasidir. O, davamçısı seçilənə qədər öz konstitusiya vəzifələrini yerinə yetirməyə davam edəcək”, - deyə Energetika Nazirliyinin bəyanatında bildirilir.

 

"İstefanın səbəbi "Belə bir xalq var” partiyasının öz nazirlərini hökumətdən geri çağırmaq qərarı ilə bağlıdır”, - deyə XİN-in açıqlamasında qeyd edilir.

 

İstefalar baş nazir tərəfindən qəbul edilməlidir və o, bu məsələni Milli Assambleyada səsverməyə çıxarmalıdır. Baş nazir daha sonra yeni nazirləri təyin edir. Bu prosedur üçün son tarix yoxdur və nazirlərin işdən çıxarılması prosesi ləngiyə bilər.
 


OXŞAR XƏBƏRLƏR

İstanbulda yük təyyarəsində nasazlıq YARANDI

Türkiyənin İstanbul hava limanında yük təyyarəsində nasazlıq yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. ...

Paşinyan Moskvaya YOLA DÜŞDÜ

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.   Sfera.az bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.   Q...

Bu il keçid balları necə olacaq? - “200 bal toplayan bütün abituriyentlər...” 

"Mart ayının 3-ü və 10-u keçirilən buraxılış imtahanlarından sonra 53 nəfərin 300 bal toplaması valideyin, şagird və abituriyentlər arasında ciddi ajiotaja...

Səfərbərlik Xidməti 102 yaşlı veteranı TƏLTİF ETDİ - FOTO

9 May – faşizm üzərində qələbə günü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə Müharibə, Əmək və S...

Ərdoğan bu gün Əli Əsədovu QƏBUL EDƏCƏK

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə “Anadolu&...

Zaqatalada dönərdən zəhərlənənlərin vəziyyəti AÇIQLANDI

Mayın 7-də saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım...