Rusiya Ukraynanı sovet raketləri ilə VURDU

Rusiya Ukraynanı sovet raketləri ilə VURDU

"Rusiya Ukraynaya növbəti raket hücumuna hazırlaşır. 

 

Sfera.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanıka istinadla məlumat yayıb.

 

O bildirib ki, hazırlıq ərəfəsində Rusiya sovet "X-22" raketləri ilə ölkənin şərqinə və cənubuna zərbələr endirib:

 

“Rostov vilayətinin hava məkanından (Şaxtıdan 40 km qərbdə yerləşən ərazi) "Tu-22M3" uzun mənzilli aviasiya təyyarəsinin ekipajı Ukraynanın şərq və cənub bölgələrində, ehtimal ki, mülki və hərbi infrastruktura "X-22" raketlərinin buraxılışını həyata keçirib".

 

Qeyd edək ki, X-22 1958-ci ildən hazırlanmış və 1971-ci ilin fevralında istifadəyə verilmiş sovet qanadlı raketidir. İstifadə müddəti bitdiyi üçün istismarda təhlükəli ola bilər. Məsələn, "İskəndər"lər maksimum uçuş məsafəsinə (müvafiq olaraq 500 və 600 km) görə "X-22"lərdən geri qalırlar. Rusiya Ukrayna ərazisinə zərbələr endirmək üçün Sovetin "X-22" qanadlı raketlərindən istifadə etməyə başlayıb. İlk dəfə bu, mayın 9-na keçən gecə Donetsk vilayətində baş verib.


OXŞAR XƏBƏRLƏR