Logo

Karantin qaydaları gücləndirildi: Yeni il üçün Laplandiyaya bilet alan turistlər şokdadır

Karantin qaydaları gücləndirildi: Yeni il üçün Laplandiyaya bilet alan turistlər şokdadır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Finlandiya hökuməti karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı qərar qəbul edib. 

Sfera.az xəbər verir ki, yeni məhdudiyyətlər bar, restoran və xaricdən gələn turistlər üçün tətbiq olunacaq. Dekabrın 24-dən və 28-dən qüvvəyə minəcək məhdudiyyətlər bar və restoranlarda qismən qapanmanı nəzərdə tutur. Xarici turistlər isə test olunmalarına dair sənəd təqdim etməli olacaqlar.

Dekabrın 24-dən bar və restoranların iş rejimi qısaldılacaq. Qərarda qeyd edilir ki, dekabrın 24-dü saat 22:00-dan gec olmayaraq bar və restoranlar bağlanmalıdır, spirt satışına isə yalnız axşam saat 9-a qədər icazə verilir. Dekabrın 28-dən spirt satışı üçün sərbəstlik saat 17:00-da başa çatmalıdır. Ayın 28-dən bar və restoranların fəaliyyətinə saat 18-ə qədər imkan yaradılacaq. Əgər ziyarətçilərin korona pasportları yoxlanılırsa, o halda, restoranlar saat 20:00-a qədər yemək xidməti üçün açıq ola bilər.

Bar və restoranlar üçün məhdudiyyətlər dekabrın 28-dən üç həftə müddətinə tətbiq ediləcək. Bundan başqa müştəri qəbulu da məhdudlaşdırılacaq. Barlar yerlərinin 50 faizindən, restoranlar 75 faizindən çox müştəri qəbul edə bilməyəcək.

Hökumətin elanına görə, bar və restoranların hər zaman ziyarətçilərdən peyvənd pasportu tələb etmək hüququ var. Dövlət yeni məhdudiyyətlərlə əlaqədar restoran sektorunda fəaliyyət göstərən müəssisələrə subsidiya da verəcək.

Sərt tələblər turistlər üçün də tətbiq olunacaq. Dekabrın 28-dən yanvarın 16-dək digər Şengen ölkələrindən və Avropa İttifaqından Finlandiyaya gəlmək üçün tələblər sərtləşdiriləcək. COVID sertifikatına əlavə olaraq, səfərdən ən geci 48 saat əvvəl testin neqativ çıxmasına dair sertifikat təqdim edilməlidir.

Finlandiya vətəndaşları, Finlandiyada daimi yaşayan əcnəbilər, həmçinin təcili ailə və şəxsi məsələlərlə bağlı ölkəyə gələnlər bu tələbdən azaddırlar.

Qeyd edək ki, bu həftənin əvvəlində belə bir tədbir Avropa İttifaqından kənar ölkələrdən gələnlər üçün tətbiq edilib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR