"Ermənistan iqtidari əsgərlərə ilkin tibbi yardımın göstərilməsinə razı olmadı" - Erməni deputat
Ermənistanda hakim fraksiya hərbçilərə ilkin tibbi yardım və xidmətin göstərilməsi təklifinə qarşı çıxıb.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı erməni deputat Taqui Tovmasyan öz feysbuk səhifəsində bildirib.
Deputat Ermənistan iqtidarının hərbçilərin xeyrinə olan qərarın əleyhinə çıxdığını qeyd edib.
"Mövcud qaydalara əsasən, məsələn, 14 günlük xidmətdən sonra döyüş mövqeyindən istefaya çıxan, tibbi müayinədən keçən zabit mülki xəstəxanada MRT müayinəsinə ehtiyacı olduğunu öyrənir. Bəzən əsgər 1 ay bəlkə daha çox növbədə durmalı olur. O zaman belə çıxır ki, dövlət hərbçiyə heç bir zəmanət vermir. Təşəbbüs əslində hərbçilərin dövlət tərəfindən daha çox müdafiə olunduğunu hiss etmələri, özünü diqqət mərkəzində hiss etmələri üçün motivasiya vermək məqsədi daşıyırdı. Layihə hərbi xidmətin cəlbediciliyini artırmaqdan ibarət idi.
Nə qədər qəribə görünsə də, müharibə vəziyyətində olan bir ölkənin Milli Assambleyasının hakim fraksiyası sözügedən imtiyazın hərbçilərə verilməsi təklifinin əleyhinə səs verib", - deyə T.Tavmosyan qeyd edib.Əzizə Zeynal






