Əfqanıstan vətəndaşı İngiltərə məhkəməsinə iddia qaldırdı – “Məktub yolladılar ki...”
Britaniya ordusunun onları evakuasiya edə bilmədiyi üçün həyat yoldaşı və uşaqları ilə birlikdə Əfqanıstanda qalan kişi Böyük Britaniyaya məhkəməsinə iddia qaldırıb.
Sfera.az xəbər verir ki, sözügedən şəxs avqustun 23-də Britaniya Xarici İşlər Nazirliyindən məktub alıb. Məktubda onun ailəsi ilə birlikdə "növbəti uçuşda" təxliyə olunacağı bildirilib.
Ailə təlimatlara əməl edərək təxliyə yerinə gedib, növbəyə düzülüb. Lakin onlar Əfqanıstandan təxliyə edilməyib. Kabil hava limanının yaxınlığındadakı girişdə bomba partladıqdan sonra isə ailə bölgəni tərk etmək məcburiyyətində qalıb. Hüquqi sənədlərdə deyilir ki, ailə hazırda qapalı vəziyyətdədir, Əfqanıstanda gizlənərək yaşayır və onların həyatları real risk altındadır.
Ailə tərəfindən məhkəməyə verilən sənəddə Əfqanıstanın təxliyə siyasətinin ədalətli və ya ağlabatan olmadığı, nazirlərin geridə qalanlara kömək etmək üçün müvafiq addımlar atmadığı və hökumət tərəfindən məhkəmə nəzarətinin tətbiq edilməli olduğu bildirilib.
Ailəni təmsil hüquşünas Nina Kamp isə deyib ki, müştərilərin heç bir günahı olmadan avqust ayından bu vəziyyətdə qalıblar:
"Onlar Britaniya ilə münasibətlərinə görə Taliban qorxusu ilə yaşayırlar. İndi Daxili İşlər Nazirliyi onların Əfqanıstandan təxliyəyə icazə almaq üçün müraciət etmələrini qeyri-mümkün edib”.
Əgər iddia təmin olunarsa, bu, hazırda Əfqanıstandan qaça bilməyən bütün Britaniya vətəndaşlarının və onların himayəsində olan şəxslərin vəziyyətinə təsir göstərə bilər.Əzizə Zeynal






